Talıbovlara məxsus olduğu deyilən şirkətin rəhbərinə cinayət işi açıldı |
Bölmə: Gündəm |
Tarix: 14.08.2023 / 17:45 |
Kəngərlidə işçinin ölümünə görə şirkət rəhbərinə cinayət işi açılıb.
44gun.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb. Bildirilib ki, "ARKOZ Travertin Mərmər Zavodu” MMC-yə (keçmiş adı “Gəmiqaya Daş Məhsulları Sənayə Kompleksi” MMC) məxsus, Kəngərli rayon ərazisində yerləşən Qarabağlar Daş Ocaqlarında 2021-ci il fevralın 22-də iş vaxtı insan ölümü ilə nəticələnən hadisəyə dair araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib. Toplanmış material Baş Prokurorluqda öyrənilib, qəbul edilmiş qərar ləğv edilərək hadisə yenidən araşdırılıb və fakta görə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanmaqla Kəngərli rayon prokurorluğu tərəfindən istintaq aparılıb. İstintaqla, Qarabağlar Daş Ocaqlarınının həmin dövrdə və hazırkı müdiri Məhərrəm Zeynalovun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan operator işləmiş Elnur Ələkbərovun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Məhərrəm Zeynalov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd olunan maddə ilə ittiham elan olunub və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdir mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması barədə məlumatlar yayılır və bu günə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü “Gəmiqaya Holdinq”in rəhbəri kimi qeyd edib. Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır. “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin də sədri olub. Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur. Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|