Sentyabr ayından hansı məhsulların qiymətində artım olacaq? - AÇIQLAMA




      Bölmə: İqtisadiyyat Tarix: 14.08.2023 / 10:34

Daxili bazarda qiymətlər durmadan artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma bir reallıq da var ki, yay başa çatandan sonra bır sıra yerli məhsullar ənənəvi olaraq bahalaşır.

Elə isə növbəti ayda hansı məhsulların qiymətində artım olacaq? Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, son vaxtlar şəkər tozunun qiyməti kəskin artıb: “Bu qiymət artımı növbəti aylarda da davam edəcək. Çünki, dünyada və ölkəmizdə şəkər istehsalı azalıb. Düyü dünya bazarında xeyli bahalaşıb. Və bu da ölkəmizdəki qiymətlərə öz təsirini göstərməkdədir. Yəqin ki, yaxın vaxtlarda daxili bazarda düyünün qiyməti xeyli yüksələcək. Bundan əlavə, “Taxıl sazişi” də pozuldu. Bu səbəbdən dünya bazarında ərzaqlıq buğdanın qiyməti artmağa başlayıb. Eyni zamanda, bitki yağlarının qiymətində artım müşahidə olunur. Payıza doğru həm ərzaqlıq buğdanın, həm də bitki yağlarının qiymətinin artacağı gözlənilir. Bir sözlə, idxal etdiyimiz bir çox ərzaq məhsulları sentyabrdan başlayaraq bahalaşacaq”.

Akif Nəsirli onu da qeyd etdi ki, hazırda ölkə daxilində istehsal olunan məhsullardan yalnız şəkər tozunun qiymətində artım var:

“Amma düyü, kərə və bitki yağlarının bahalaşması dünya bazarındakı proseslərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan bazarı kiçik olduğundan yan təsirlərə daha çox məruz qalır. Bundan əlavə, müəyyən sahələrdə olan inhisarçılıq qiymətlərin süni artımını şərtləndirir.

Məsələn, dünya bazarında hansısa məhsulun qiymətinin artdığı barədə səslənən istənilən fikirdən yararlanan yerli işbazlar da anındaca qiymətləri artırırlar. Halbuki, dünya bazarında qiyməti artmış məhsulun ölkəmizə gəlib çıxması bir neçə ay çəkir.

Amma işbazlar bunu gözləmir, informasiyanı eşidən kimi hərəkətə keçirlər. Bundan başqa, yeni mövsüm başa çatdığı üçün bir sıra yerli kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayışlar olacaq. Gözlənilir ki, ət gələn aydan xeyli bahalaşsın”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)