Bu məhsulların qiyməti kəskin artdı




      Bölmə: İqtisadiyyat Tarix: 12.08.2023 / 23:45

“Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu, 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. 2022-ci ilin ilk yarısında isə ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb”. Bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

 

İqtisadçının sözlərinə görə, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa belə, xaricdən daha çox məhsulun gətirilməsi valyuta axını baxımından arzuolunan deyil:

 

“İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu, eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3.0 faiz bəndi daxili tələbdən formalaşır. Digər hissəsi daha çox idxaldan asıllıqla bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin, istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.

 

İdxalın artım strukturuna baxsaq, bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34.5 faiz, məişət soyuducuları 68.6 faiz, minik avtomobilləri 38.8 faiz, buğda 23.1 faiz, dərman vasitələri 5.5 faiz, unlu qənnadı məmulatları 5.1 faiz, şokolad və şokolad məhsulları 2.6 faiz artıb. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır”.

 

Millət vəkili bildirib ki, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən biri olaraq qalmalıdır:

 

“Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asılılığın minimumlaşdırılması ərzaq təminatı və təhlükəsizliyi baxımından da vacibdir”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)