Ermənistan və İran “Elektrik enerjisi müqabilində qaz” sazişinin 2030-cu ilə qədər uzadılmasına dair sənəd imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sazişi “İrəvan İstilik Elektrik Stansiyası” QSC-nin baş direktoru Aram Qazaryan və İran İslam Respublikasının neft nazirinin müavini, Milli Qaz Şirkətinin direktoru Məcid Çegeni imzalayıblar.
Qeyd edək ki, Ermənistan və İran 2009-cu ildən qaz müqabilində qarşılıqlı elektrik enerjisi tədarükünə başlayıb. Ermənistan İrandan ildə bir neçə yüz (adətən 400-500) milyon kubmetr təbii qaz alır, bunun müqabilində hər kubmetrə görə qarşı tərəfə 3 kVt/saat elektrik enerjisi verir.