SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: “Göyçə Zəngəzur Respublikası”nın "prezident"ləri SAXLANILDI




      Bölmə: Gündəm Tarix: 10.08.2023 / 14:57

Özünü “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni "prezidenti", müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir.

44gun.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hazırda hər iki şəxslə əlaqə saxlanılması mümkün deyil.

Xatırladaq ki, 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun "respublika"nın dövlət başçısı olduğu, həmçinin "respublika"nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilirdi. Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil.

Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində "respublika"nın nümayəndəliyinin açıldığı bəyan olunub.

2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun Göyçə Zəngəzur Respublikasına rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlandı.

Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etdi.

Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirildi.

Daha sonra Rizvan Talıbovun rəbhər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun "respublika prezidentliyi"ndən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın "prezident" elan edilməsi ictimaiyyətdə əlavə çaşğınlıq və suallar yaratdı.

Qeyd edək ki, 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Xatırladaq ki, ötən ilin sentyabr ayında Rizvan Talıbovun özünə “yardımçı” elan etdiyi Mehmet Ali Arslan adlı şəxs Türkiyədə və İraqda kürdlərlə bir sıra görüşlər keçirib. Mehmet Ali Arslan "Kürdüstan İslam Ədalət Partiyası"nın rəhbəri Mamusta Ali Bapirlə İraqda görüşüb.

Həmin görüşlərdən fotoları təqdim edirik:


 






SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO