Özünü polis kimi təqdim edib 21 min almışdı - Azadlığa çıxdı




      Bölmə: İdman Tarix: 07.08.2023 / 15:19

Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunan Rəşad Süleymanzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

44gun.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən R.Süleymanzadəyə 3 il müddətinə şərti cəza verilib. O, məhkəmə zalında həbsdən azad olunub.

İttihama görə, Rəşad Süleymanzadə zərərçəkmiş şəxslərə yalan vəd verərək ümumilikdə 21 min 500 manat pul ələ keçirib.

İş üzrə zərərçəkmişlərdən ən çox ziyan dəyən Fəxri Muradov olub. F.Muradov müəllimdir, uzun illərdir təhsil sahəsində çalışır. O, Cəlilabad rayonunda məktəb direktoru təyin olunmasına kömək etmək üçün təqsirləndirilən şəxsə 15 min manat verib.

Təqsirləndirilən növbəti zərərçəkmişdən isə qızını uşaq bağçasına tərbiyəçi dəzəlməsinə kömək edəcəyi adı ilə 4 min, sonuncudan isə qısa müddətdə qaytaracağını deyərək 2 min 500 manat alıb.

R.Süleymanzadə cinayət əməlində özünü qismən təqsirli bilib. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər hər biri onlara dəymiş ziyanın ödənildiyini, hazırda şikayət və tələblərinin olmadığını deyiblər. Hökm qəbul olunarkən sözügedən hallar nəzərə alınıb.

Qeyd edək ki, Rəşad Süleymanzadə bu ilin fevralında həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq)  ( 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)