Rəqsanə niyə “vor zakon” kimi danışır?




      Bölmə: Gündəm Tarix: 19.10.2022 / 12:56

Bir neçə gündür müğənni Rəqsanə İsmayılova ilə teleaparıcı Sərxan Kərəmoğlu arasındakı münaqişə barədə səs yazıları yayılmaqdadır.

“Qafqazinfo” xəbər verir ki, tərəflər bir-birilərini şəxsi həyatları ilə bağlı ittiham edib. Son yayılan səs yazısında isə S.Kərəmoğlu Rəqsanəni polisə verəcəyini bildirib, qarşı tərəf də buna sərt reaksiya verib. Rəqsanə İsmayılova S.Kərəmoğluna göndərdiyi səsli mesajda hüquq-mühafizə orqanlarını aşağılayıcı tonda saymadığını, heç kimdən çəkinmədiyini bildirib. Kriminal jarqonla danışan müğənni, hətta “Məni polislə qorxudursan? Polis mənə nə edəcək?”, “Mənə heç kim heç nə edə bilməz”, kimi ifadələr işlədib. Rəqsanə, həmçinin bildirib ki, aparıcı Sultanın başına oyun açılarkən onu “bir kəlmə ilə” xilas edib.


Xəbəri rus dilində oxuyun: Почему Рагсана разговаривает как “вор в законе”?

O da məlum olub ki, tərəflər arasında qalmaqal Sərxan Kərəmoğlunun Rəqsanənin qızı Aysun barəsində səsləndirdiyi fikirlərdən sonra başlayıb. S.Kərəmoğlu Aysunun evliliyinin saxta olduğunu, onun qeyri-sağlam həyat tərzi sürdüyünü iddia edib. Bundan sonra Rəqsanənin Moskvada yaşayan həyat yoldaşı Fazil Əmiraslanov Sərxana zəng edərək onu təhqir edib. Bu minvalla tərəflər bir-birinin ünvanına bir neçə dəfə təhqir və ittihamlar səsləndiriblər.

Son səs yazısında Rəqsanənin Sərxan Kərəmoğlunun onu polislə hədələməsinə aşağılayıcı tonda cavab verməsi, aparıcının başına oyun açacağını deməsi qalmaqalı daha da şiddətləndirib. Bu səs yazısında Rəqsanənin avtoritetsayağı danışıq tərzi, dövlət qurumlarını saymadığını bildirməsi isə əlavə müzakirələrə səbəb olub. 

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iki şəxs arasında baş vermiş telefon danışığının yayılmasına görə ilk olaraq səs yazısını yayan şəxs məsuliyyət daşıyır: “Bu kimi hadisələrdə danışıq iki nəfər arasında və gizli baş tutduğundan orada nə danışılması hüquqi məsuliyyət yaratmır. Əgər həmin şəxs polisin ünvanına və ya digər bir şəxsin ünvanına televiziyada, kütləvi tədbirdə, küçədə təhqirlər səsləndirsəydi, bu məsələ Cinayət Məcəlləsi ilə tənzimlənərdi. Lakin şəxsi həyata aid olan şəxsi yazışmalar zamanı səsləndirilən fikirlər cinayət məsuliyyəti yaratmır. Əlbəttə, arzuolunandır ki, insanlar şəxsi danışıq və yazışmalarında da etik qaydalara riayət etsinlər. Bu kimi səs yazılarının ictimailəşməsi ictimai qınaq yarada bilər, şəxslərin nüfuzuna təsir edə bilər. Lakin bir daha qeyd edim ki, telefonda şəxsi danışıqlar zamanı ilk olaraq onu yayan şəxs məsuliyyət daşıyır. Bununla bağlı Cinayət Məcəlləsində 155-ci - yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma maddəsi mövcuddur”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)