Öz aktivlərindən pul qazana bilməyən “İnvest-Az” bununla bağlı - DƏRS KEÇİB PUL YIĞIR |
Bölmə: Xəbər |
Tarix: 05.08.2023 / 22:28 |
Öz aktivlərindən istifadə edə bilməyən “İnvest-Az” investisiya şirkəti müştərilərinə “Forex” tədrisi keçir və həftə içi hər iş günü, 24 saat boyunca pul qazanmağın yolları ilə bağlı seminar keçir. 44Gun.Az xəbər verir ki, 4 növ investisiya alətindən biri olan “Aktivlərin idarə edilməsi”ni “İnvest-Az” investisiya şirkəti özü həyata keçirə bilməyib. Amma sözügedən şirkət bununla bağlı öz müştərilərinə məsləhətlər verir.
2022-ci ilin sonunda “İnvest-Az” şirkətinin aktivlərinin gəlirliyi 1 il ərzində 32 faiz azalıb. Şirkəti isə öz müştərilərinə “Aktivlərin idarə olunması”na görə məsləhət verir ki, pulunuz peşəkar fond meneceri tərəfindən şaxələndirilmiş investisiya portfelinə yatırılacaq. O zaman ortaya sual çıxır ki, şirkət niyə öz aktivlərinin gəlirini 1 il ərzində 32 faiz azaldıb. Burada ya sözügedən peşəkar fond menecerləri yoxdur, ya da il ərzində yatırımlar arasında itkilər baş verib. Təbii ki, investisiya yatırımlarında risk payı var və əvvəlcədən öngörülən risk faizləri hesablanır. Burada da “İnvest-Az” şirkəti şirin vədlərlə müştəri qazana bilsin deyə “investisiyanız bir deyil, bir sıra qiymətli kağızlar üzərində yatırılır” kimi sözlər verərək risk payını minimuma endirdiyini açıqlayır.
ROA göstəricilərini 8,56 faizdən 5,83 faizə endirən şirkət diversifikasiyanın gözəlliyindən bəhs edir, özünün itirdiyi faizi müştərisi üçün qazanacağını iddia edir. Bundan başqa “İnvest-Az”ın cəmi cari aktivləri də 1 il ərzində 3 milyon 639 min manat və ya 27,65 faiz azalıb. Bununla da bitmir. Şirkətin hesabatına görə, “İnvest-Az”ın əməliyyat mənfəətinin də 572 min manat və ya 40,2 faiz azalma olub. Burada da “İnvest-Az” öz müştərilərinə xarici valyuta bazarındakı əməliyyatların uğurundan bəhs edir.
Qeyd edək ki, “İnvest-Az” investisiya şirkəti bu və bu kimi tədrislərdən qazancını 8 min 941 manat və ya 47,14 faiz artıraraq 27 min 906 manata yüksəldib.Kommersant.az
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|