Cavanşir Quliyevə nə olub? — “Həkimlər dedi ki...”




      Bölmə: Mədəniyyət Tarix: 27.01.2023 / 11:57

Ötən gün Xalq artisti Aygün Kazımova ad gününü təmtəraqlı şəkildə qeyd edib. Gecəyə qatılanlar arasında diqqət çəkən nüanslardan biri də Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin üzündə olan yara izləri olub.

Bəstəkar məsəslə ilə bağlı Axşam.az-ın suallarını cavablandıraraq bunun səhhəti ilə bağlı olduğunu vurğulayıb:

"Hər hansı qəza keçirməmişəm. Bir xəstəliyim var, bu da onun təzahürüdür".

O, 19 ildən sonra Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçməsinə də aydınlıq gətirib:

"Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı. Geci-tezi gedənlər yenidən buraya dönmək istəyirlər. 20 il burada olmadım. Bu illər ərzindən bir çox əsər yazdım. Olduğum yerdə o əsərlərin ifa olunma imkanı yoxdur. Orada nə opera teatrı, nə simfonik orketrlar, nə də Musiqili Komediya teatrı var. Televiziya kanalları da musiqi verilişləri etmirlər, hazır lentlər tapıb verirlər. Ona görə də yaradıcıllıq baxımından orada durğunluq oldu. Bu, məndə olmadı, əsərlərim yığıldı, indi onları ifa etmək lazımdır. Bu da təbii ki, burada mümkün olacaq. Elə qayıtmağımın ən böyük səbəbi budur. Yeni işlər var.

İkinci səbəb isə müəyyən xəstəliklərim yarandı və artıq həkimlər də dedi ki, qohum-əqrabanın yanında yaşasan yaxşı olar".

C.Quliyev hazırda kimlərlə əməkdaşlıq edəcəyi və əsərlərini kimlərə həvalə edəcəyi ilə bağlı sualı isə belə cavablayıb:

"Hələ yeni gəlmişəm, çox adamı tanımıram. İnternetdə ara-sıra qarşıma çıxırlar. Amma onun əsasında nəsə qarar vermək düzgün deyil. Hələ araşdıracağam görüm nə var, nə yox. Hələlik Aygünlə davam edirik".

Bəstəkar bu gün Azərbaycan şou-biznesində kimlərin fəaliyyətindən narazı olduğuna aydınlıq gətirib:

"Bunu cavablamayacağam. Onlar üzdədir, hamı da bilir, ad açıqlamağa anlamı yoxdur. Onların sənətdən əlavə işləri də məni maraqlandırmır. Heç vaxt da olmayıb, nə Aygünün, nə Brilliantın, nə Akifin. O, onların şəxsi işidir. Sənətlə bağlı bəzi şeylər var ki, görüşəndə özlərinə deyəcəyəm".






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)