Bugünkü növbə ilə bağlı TƏBİB-dən açıqlama - FOTO




      Bölmə: Gündəm Tarix: 26.01.2023 / 21:37

Bu gün Bakıda 5 saylı Şəhər Kliniki Xəstəxanasının qarşısında uzun növbə yaranıb. Növbədə dayanan şəxslər icbari tibbi sığorta xətti ilə xəstəxanaya üz tutanlar olub.

Məsələ ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, çəkiliş aparılan müddət ərzində Nərimanov Tibb Mərkəzinə 1541 ambulator, 44 stasionar olmaqla, ümumilikdə 1585 müraciət daxil olub. Həmin xəstələr 6000-dən çox xidmətdən yararlanıblar. Bu xidmətlərə ixtisaslı həkim müayinəsi, ultrasəs müayinəsi, laborator analizlər və sair kimi xidmətlər daxildir:

“İcbari tibbi sığortanın tətbiqi ilə daha öncə vətəndaşlar ilk növbədə sahə həkiminə müraciət etməli idilər, onun göndərişi əsasında isə ixtisaslı həkimlərə yönləndirilirdilər. Hazırda isə vətəndaşların xidmətlərə əlçatanlığı öz həllini tapsın deyə onlar birbaşa ixtisaslı həkimə müraciət edə bilirlər, artıq ailə həkiminə müraciət zərurəti yoxdur. İxtisaslı həkimdən yardım üçün çoxsaylı birbaşa müraciətlər var. Bunların əsasında da instrumental-laboratar müayinələr artır. Bu da bəzi xəstəxanalarda kifayət qədər çox növbə yaranmasına səbəb olur”.

Qurumdan o da bildirilib ki, bunu tənzimləmək üçün gələcəkdə müxtəlif addımların atılması müzakirə olunur. 

“Məsələn, “e-tabib” tətbiqi vasitəsilə randevu almaq, onlayn şəkildə qeydiyyata alınmağın mümkünlüyü  bu növbələrin qarşısını almağa kömək edə bilər.  

Vətəndaşlarımız birbaşa ixtisaslı həkimlərə müraciət etmək əvəzinə, həmçinin növbələrdən xilas olmaq üçün poliklinikalar üzrə təhkim olunmuş ailə həkimlərinin qəbulunda ola bilərlər. Ailə həkimləri onların sağlamlıqları ilə bağlı problemləri düzgün şəkildə müəyyənləşdirərək ixtisaslı həkimlərə göndərəcəklər ki, bu da həmin şəxslərin vaxtlarına da qənaət edəcək. Ailə həkiminin təyinatı olmadan xəstə sağlamlıq vəziyyətini düzgün qiymətləndirməyə bilər. Məsələn, baş ağrısı səbəbi ilə terapevt qəbuluna gedəcək, amma əslində nevropatoloq qəbuluna getməlidir”.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)