Azərbaycanda boşalan kəndlər, qapısı bağlı qalan evlər - SƏBƏBLƏR




      Bölmə: Xəbər Tarix: 30.07.2023 / 18:34

Azərbaycanda əhalisinin sayı 50 nəfərdən az olan 129 kənd var. 4 246 kənd arasında 97-sinin əhalisi 5 000 nəfərdən çoxdur. Son illərdə kənddən şəhərə köçün miqyası sürətlə artır.

Bu, aqrar sektora da ciddi təsir göstərir. Sosial şəbəkələrdə Lənkəranda, Gədəbəydə kənd evlərinin ya qapısının bağlı qalması, ya da ucuz qiymətə satılması ilə bağlı görüntülər yer alır.

"Kənddən şəhərə köçün qarşısını almaq mümkün deyil”

İqtisadçı Eldəniz Əmirov bildirdi ki, ümumiyyətlə, insanların vətəndaşı olduqları ölkənin istənilən yerində yaşamaq hüququ var: "Həmin hüququ kimsə onların əlindən ala bilməz. İnsanlar özləri seçim edirlər. Bu, təhsil, maddi imkanlar və potensialla bağlı məsələdir. Bu amillər böyük və ya orta şəhərlərdə, kəndlərdə yaşamaq imkanı verirmi? Birmənalı olaraq, kənddən şəhərə köçün qarşısını almaq mümkün deyil. Prosesin qarşısını müvəqqəti almaq olar. Kimi isə hansısa kənddə yaşamağa məcbur etmək qeyri-mümkündür. Amma iqtisadi metodlarla, müəyyən təşviq alətlərindən istifadə etməklə kəndlərin boşalmasının qarşısını almaq olar. Eyni zamanda, bu, o demək deyil ki, kəndlərin boşalmasının qarşısının alınması sərfəlidir. Məsələn, Rusiyada Uzaq Şərqdə kilometrlərlə ərazilər var ki, bir insan belə yaşamır. Kəndlər, qəsəbələr boşalıb. Çünki soyuq və əlverişsiz yerlərdir, müasir dünyaya inteqrasiya zəifdir. Azərbaycanda Gədəbəydə boşalan kəndlə bağlı məsələdə də bu hal özünü göstərir. Biz gələcəkdə də bu tendensiyanı görəcəyik. Tək bizdə yox, dünyanın hər bir yerində müşahidə olunacaq”.

Hansı kəndlərin boşalması müsbətdir?

E.Əmirov bir sıra kəndlərin boşalmasının Azərbaycan üçün müsbət və mənfi tərəflərinə toxunaraq deyib ki, bəzi yerlərdə kəndin boşalması müsbət amildir: "Məsələn, ucqar rayonlarımızda kənd var ki, 3-5 evdən ibarətdir. Bu kəndlərdə 3-5 ailənin yaşaması üçün elektrik, qaz təchizatı, yol və digər infrastrukturlar kifayət qədər xərc aparır. Həmin ailələri digər yaxın qəsəbələrə köçürmək daha rentabellidir. Əvəzində, o kəndlərdən kənd təsərrüfatının digər sahələri üçün istifadə oluna bilər. Amma elə kəndlər də var ki, sözün həqiqi mənasında vətəndaşların bu əraziləri boşaltması Azərbaycanın milli mənafeyinə xələl gətirər. Misal üçün, sərhədlərə yaxın kəndlərin boşalması yaxşı hal deyil. Ölkə olaraq məhz sərhədlərə yaxın kəndlərin boşalmaması üçün müəyyən təşviq alətlərindən istifadə etməliyik. Bu kəndlərdə iqtisadi cəhətdən daha fəal həyatın yaradılması üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Bu, milli maraqlara uyğun prosesdir”.

Ekspert qeyd etdi ki, paytaxtda əhalinin sayının artmaması üçün proqramlı iş olmalıdır. Bu proqramın da özəyində regionların inkişafı yer almalıdır. Çünki regionların inkişafı olmadıqca əhali paytaxta üz tutur. Bu isə paytaxtda əhalinin artmasına, tıxaclara, iqtisadi cəhətdən səmərəsizliyə, müəyyən sahələrin yüklənməsinə gətirib çıxarır. Nəticə etibarı ilə, bu, ölkənin simmetrik inkişafına mane olan faktordur”.
Bu kənddə cəmi 1 nəfər yaşayır

Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru Rəfail Həsənov bildirdi ki, bu gün dünyanın bir çox əyalətləri boşalır, insanlar böyük mərkəzlərə axın edir: "Kəndlərin boşalması problemi postsovet respublikaları olan Rusiya, Belarus, Moldova, Gürcüstan və digərləri üçün də aktualdır. Dövlət Statistika Komitəsinin hesabatında da Azərbaycanda əhalinin ən az məskunlaşdığı kəndlərin adları açıqlanıb. Bu, Şamaxı rayonunun Acıdərə kəndidir. Belə ki, həmin kənddə cəmi 1 nəfər yaşayır. Əhali sayına görə sonrakı yerləri isə İsmayıllı rayonunun Pirqəm kəndi (2 nəfər), Gərzə kəndi (3 nəfər), Dahar kəndi (5 nəfər) tutur. Bəzi rayonlarda da əhalisi az olan kəndlər var. Misal üçün, Neftçalanın Qızqayıtdı kəndində 3, Siyəzən rayonunun Əlməkolu kəndində 4, Qaxın Bağtala kəndində 9 nəfər yaşayır.

1 milyona yaxın insan su qıtlığından əziyyət çəkir

Ekspertin sözlərinə görə, kəndlərin boşalmasının səbəbləri var. Bunlardan biri urbanizasiyadır: "Xroniki maliyyə fonunda normal yolların, xəstəxananın və s. infrastrukturun olmaması da səbəblərə daxildir. Ona görə də insanların daha yaxşı, rahat yaşamaq istəyi yaranır. İqlim dəyişmələri də səbəblər sırasındadır. Belə ki, yağıntıların illik rejimi dəyişir, quraqlıq dövrü uzanır, su qıtlığı baş verir. Sel, sürüşmə kimi təbii fəlakətlərin başvermə riski artır, meşələr quruyur, torpaqlar deqradasiyaya məruz qalır və s. Bir-biri ilə bağlı olan bu əlverişsiz proseslər insanların yaşayışına, məişətinə mənfi təsir göstərir. Bu gün ölkəmizin əksər rayonlarında su qıtlığı müşahidə olunur. Hazırda 1 milyona yaxın insan su qıtlığından əziyyət çəkir. Bu səbəbdən, kənd təsərrüfatı ilə məşğul olan insanlar gəlir götürə bilmirlər. Səbəblər sırasına yerli idarəetmə orqanlarının fəaliyyətsizliyi və səriştəsizliyi də əlavə edilməlidir”.

Ekoloji problemlərlə bağlı tədbirlər görülməlidir

R.Həsənov bildirdi ki, kəndlərin boşalmasının qarşısının alınması üçün həll yolları da var: "Miqrasiyaya səbəb olan ekoloji problemlər elmi cəhətdən araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Su çatışmazlığı, torpağın eroziyası və digər problemlərin qarşısının alınması üçün dövlət proqramları hazırlanmalıdır. Eləcə də, bəzi yerlərdə torpaqların imkanlı şəxslər tərəfindən ələ keçirilməsi və bununla da yerli əhalinin əkin və otlaq sahələrindən məhrum olmasına qarşı ciddi addımlar atılmalıdır”. 

Mənbə: "Kaspi" qəzeti





SON XƏBƏRLƏR
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
9-11-2023, 15:59
Onlar bu ay maddi problemlərini həll edəcək - Əlavə gəlir əldə edəcək 5 BÜRC
9-11-2023, 15:56
Nadir izləyicisini təhqir etdi: “Alə get.. Ananla öpüşüm, ya ananı…”
9-11-2023, 15:45
Ətin qiyməti ilə bağlı MÜHÜM XƏBƏR
9-11-2023, 15:40
Nazpəri Dostəliyeva TANINMAZ HALDA - Plastik əməliyyat etdirdi + VİDEO
9-11-2023, 15:37
Şaumyanın heykəlinin gorbagor olması erməniləri dəli edib- FOTO
9-11-2023, 15:22
DYP XƏBƏRDARLIQ ETDİ! - Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir
9-11-2023, 15:18
Xankəndi stadionu belə dəyişdi - Foto
9-11-2023, 15:15
Yağış yağacaq, külək əsəcək
9-11-2023, 15:12
Zöhrə Abdulayevanın məzarından görüntülər - VİDEO
9-11-2023, 01:02
Füzulidəki Şah Abbas karvansarası və Şah Abbas məscidi bərpa olunacaq
9-11-2023, 00:53
Niyə hansısa evli kişinin pulu ilə... - Xoşqədəm
9-11-2023, 00:29
Azərbaycanda DƏHŞƏT! - Məktəbli qız HAMİLƏ QALDI
9-11-2023, 00:23
Noyabrın 9-u və 10-u ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
9-11-2023, 00:18
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR! - VİDEO
9-11-2023, 00:08
9 Noyabr – Müstəqil Azərbaycanın Dövlət Bayrağı Günüdür
9-11-2023, 00:02
Türk aparıcıdan Xoşqədəmə qarşı gözlənilməz addım - FOTO