Novxanıda arvadını öldürən biznesmenlə bağlı QƏRAR |
Bölmə: Hadisə |
Tarix: 28.07.2023 / 11:54 |
Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tofiq Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 44GÜN.AZ-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, onun şikayəti təmin edilməyib. Qeyd edək ki, hadisə ötən ilin may ayında Abşeron rayonu Novxanı bağlarında yerləşən bağ evin həyətində qeydə alınıb. Belə ki, Tovuz rayonundan olan və Rusiyada biznes fəaliyyəti göstərən Tofiq Həsənov arvadı İlahə İsgəndərovanı xüsusi amansızlıqla qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb. Məlumata görə, Tofiq Həsənovdan boşanmaq istəyən arvadını 14 bıçaq zərbəsi ilə qətlə yetirərkən İlahənin anası da orada olub və hadisələr onun gözü qarşısında baş verib. Qadın qızını xilas etməyə çalışarkən bıçaq onun əlini kəsib. Həmçinin qeyd edilib ki, İlahə İsgəndərova həyat yoldaşının aldığı bağ evinə ərini buraxmırmış. Tofiq Həsənov iddia edib ki, arvadı onun Bakıda aldığı evləri və seyfdə saxladığı 200 min manata yaxın pulu da ələ keçirib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə biznesmen 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. /pravda.az/
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|