Röya Aygün Bəylərlə qalmaqalından danışdı: "Elə-belə küsmək deyil, qara nöqtədir"




      Bölmə: Şou Tarix: 27.07.2023 / 21:19

Beş il əvvəl Əməkdar artist Aygün Bəylərin TV verilişlərdən birində söylədiyi - “Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdur… Elə 80 faizi o gündədir. Mən sənətkaram! Onu xalqın qarşısında bu səviyyəyə qaldırmağa ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən”, - deyə səsləndirdiyi qalmaqallı fikirlərə Xalq artisti Röya Ayxandan cavab gəlib.


Sənətçi qonaq olduğu verilişdə məhkəməyə qədər uzanan məsələ ilə bağlı açıqlama verib.


 Röya bildirib ki, təhqirlərə görə Bəyləri məhkəməyə versə də, lakin sonradan bu istəyindən vaz keçib:

 “Verilişlərin birində məni təhqir etmişdi. Onu məhkəməyə verdim, amma sonra yadımdan çıxdı. Bir gün mənə xəbər gəldi ki, siz qarşı tərəfi Apellyasiya Məhkəməsinə verməlisiniz. Sual verdim ki, hansı məhkəmədən söhbət gedir? Kim? Cavab verdilər ki, filankəsi (Aygün Bəylər - red.).

 Dedim ki, cırın, tullayın o ərizəni. Prodüserim Kənanın belə bu məhkəmə məsələsi yadından çıxmışdı. Vəkil zəng vurub, sizin işiniz gedir, deməli idi. Amma demədi. Çünki 15 il birlikdə çalışdığım vəkilim belə bu məsələyə fikir verməyib.

 Bəlkə də vəkilim düşünüb ki, qarşı tərəf bizim onu məhkəməyə verdiyimizi bilsin və bizdən əl çəksin. Orada məni şəxsi və sənətlə çox pis təhqir etmişdi. O da olmaz idi”.

Müğənni həmkarı ilə aralarında yaşadığı qalmaqallı məsələni bu cür nəql edib:

 “Məhkəməyə nəyə görə verdim... Çünki bir ay əvvəl bizim yaxın dostumuz var, hansı ki, bizi onunla yaxın edib. Onu həmin dostumuzun evinə dəvət etdim. Dedim, ona demə ki, mən buradayam, qoy gəlsin bura.

 O, verilişdən əvvəl bir digər başqa verilişdə də haqqımda danışmışdı. Biz görüşdük. Sual verdim ki, bizim nə problemimiz var? Cavab verdi ki, toyların birində məni görmüsən, amma salam verməmisən. Qalxıb ayağa dedim ki, bu problem deyil. Əgər səni toyda görməmişəmsə, 30 dəfə üzr istəyirəm.

 Amma bu məsələnin üstündən bir həftə keçdi, o xanım verilişə çıxıb haqqımda xoşagəlməz sözlər danışdı. Həmin o dost dediyim adamın evinə artıq getmirəm. Bu problem elə-belə küsmək deyil, qara nöqtədir. Bu qara nöqtə isə paxıllıqdır.

 Allah hər kəsi o qara nöqtədən hifz etsin. Allah hər kəsə can sağlığı, uğur versin. Allah başlarını pul, iş və uğurla o qədər qatsın ki, bizi unutsunlar”.

 Qeyd edək ki, Röya Ayxan illər əvvəl Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Ərizədə A.Bəylərin TV-də Röya Ayxanla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana görə 50 min manat təzminat ödəməsini tələb edib. ("Bizim Media")






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)