Qurban Qurbanovdan Şahruddinlə bağlı AÇIQLAMA |
Bölmə: İdman |
Tarix: 27.07.2023 / 08:57 |
"Şahruddin və ya digər futbolçular barədə sual verməyə, transfer məsələlərinə tələsirsiniz". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib 51 yaşlı mütəxəssis bildirib ki, futbolda qaçılmaz hallar olur: "Kənardan hər şey fərqli görünə bilər. Amma epizoda yaxın olsan, başqa fikirdə ola bilərsən. Top yumrudur, istənilən an istiqamətini dəyişə bilər. Transferlərimizi yerli-yerində etməyə çalışırıq. İstənilən an ola bilər. Əvvəlcədən heç nə deyə bilmərəm. Komandamdan razıyam. Buraya hücum futbolu göstərməyə gəlmişdik. Düşünürəm ki, futbolçularım bunu bacardılar". O, futbolçularının çox yaxşı oyun göstərdiyini söyləyib: "Hər birindən həddindən artıq razı qaldım. Həqiqətən əsl Çempionlar Liqası matçı idi. Meydanda iki çox yaxşı kollektiv mübarizə apardı. İlk hissədə daha qapalı futbol gedirdi. İkinci yarıda isə boş sahələr çox oldu. Futbolçularım çox əziyyət çəkdilər. Böyümək üçün faydalı oyun oldu. Rəqibi daha yaxından tanıdıq. Bakıda daha diqqətli olmağa çalışacağıq. "Rakuv" elə komandadır ki, futbolçuları ani diqqətsizlikdən qol vura bilirlər. İnanıram ki, evdə daha yaxşı oynayacağıq". Qurbanov "Rakuv"la matçda fərdi səhvlər və diqqətsizlik olduğunu gizlətməyib: "Rəqibin necə hücum edəcəyini, demək olar ki, bilirdik. İlk qol texniki səhvdən buraxıldı. Düzülüşdə bir az gecikdilər. Bilmirəm, bəlkə kənardan fərqli görünür. Oyuna yenidən baxacam. İlk hissədə xeyli sayda qol epizodlarımız oldu. İkinci yarının hardasa 10-15 dəqiqəsində əvvəlki dinamikanı yaxalaya bilmədik. Get-gedə fəallaşmağa başladıq. "Rakuv" oyuna görə bizi üstələmədi. Düzdür, qollar vurdular. Üçüncü qol sırf fərdi ustalıqla bağlı idi. Belə qollar nadir hallarda olur. Ədalətli nəticə bəlkə də bərabərlik idi. Buraxılan sonuncu qol bizi daha məsuliyyətli olmağa vadar edəcək. Bu isə komandamın faydasına olacaq". Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|