Əsgərlikdən qayıdan oğlan arvadının xəyanətinin üstünü açdı – ŞOK TƏFƏRRÜAT




      Bölmə: Hadisə Tarix: 26.07.2023 / 11:25

Sabirabad  rayonunda 1998-ci il təvəllüdlü Nəsib qonşusu Namili öldürməyə (adlar şərti verilib – red.) cəhd edib.

44GÜN.AZ xəbər verir ki Nəsib hərbi xidmətdə olarkən arvadı Nazilə Sabirabad rayonunun kəndində qonşuluqda yaşayan Namillə tanış olub, onların arasında yaxın münasibətyaranıb. xidmətdən qayıtdıqdan sonra Nəsib arvadının Namillə yaxın münasibətdə olmasından və ona xəyanət etməsindən şübəhlənib.

28 yanvar 2022-ci ildə, gecə saatlarında Nəsib arvadının istifadəsində olan mobil telefonu yoxlayıb.

Bu zaman Namilin arvadına zəng etdiyini, telefonuna kontur yüklədiyini, arvadının isə ona “Həyatım” deyə müraciət elədiyini aşkarlayıb. Nazilənin xəyanətinə əmin olduqdan sonra onu döyüb və evdən qovub. Daha sonra qisas almaq üçün Namili öldürmək qərarına gəlib.

Bu məqsədlə münasib vaxt və şərait gözləyib. Həmin gün axşam saat 21 radələrində özü ilə bıçaq götürərək Namilin yaşadığı evə gedib. Namilin anası və atası ilə görüşüb. Onları valideynlərinin çağırdığını bildirərək aldadıb və evlərinə dəvət edib.

Namilin ata-anasının onun yaşadığı evə getdiyinə əmin olduqdan sonra geri qayıdıb.

Namilin yaşadığı evin giriş qapısını açaraq içəri daxil olub. Qarşısına Namilin arvadı Samirə çıxıb. Nəsibin əlindəki bıçaqla yaşadığı mənzilə daxil olmasına görə Samirə ona “sən burada nə gəzirsən” deyərək etiraz edib.

Lakin Nəsib Samirənin sözlərinə məhəl qoymayaraq sinəsindən itələyib və mənzilə daxil olub. Otaqlarda Namili axtarmağa başlayıb. Namil onu görüb və arxasınca gəldiyini bilib. Buna görə də otaqdan çıxaraq həyətə qaçıb.

Nəsib Namili təqib edib, pilləkənlərin önündə onu tutub. Namilin bədəninin müxtəlif nahiyələrinə bıçaqla zərbələr endirib. Onlar mübahisə edə-edə evin darvazasının yanına gəliblər.

Namilin arvadı Samirə isə qışqıraraq səs-küy salıb, adamları köməyə çağırıb. Samirənin qışqırıq səsələrini Nəsibin evində olan Namilin anası eşidib. O, dərhal evə gəlib. Ora çatdıqda Nəsibin oğlu Namillə mübahisə etdiyini görüb.

Namil “ay mama, deşik-deşik elədi məni” deyərək kömək istəyib. Nəsib isə “sən hələ ölməmisən” deyərək anasının gözləri qarşısında ona xəsarətlər yetirməkdə davam edib.

Bu vaxt  hadisə yerinə gəlmiş atası və digər yaxınları Namili Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırıblar. Ona vaxtında göstərilən zəruri ixtisaslı tibbi yardım nəticəsində həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Nəsibin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 157.2-ci (zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mənzil toxunulmazlığını pozma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsib 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.

Hökmdən narazı qalan Nəsibin vəkili apellyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsinə tövsif edilməsini istəyib.

Vəkilin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.(medianews)






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)