Azərbaycanda uşaq sığınacağında DAVA DÜŞDÜ: Polisə hücum etdilər |
Bölmə: Xəbər |
Tarix: 03.01.2023 / 22:36 |
Azərbaycan Uşaqlar Birliyinin sığınacağında insident yaşanıb. 44GUN.AZ xəbər verir ki, bu barədə birliyin sədri Kəmalə Ağazadə özünü sosial şəbəkə hesabında məlumat paylaşıb. O, hadisə zamanı olanları belə izadə edib: "Yeni ilin ilk günlərində ilk təhlükəmizi çox ağır atlatdıq. Bu dəfə ziyanı Bakı şəhər Baş Polis İdarəsi 4 cü bölmənin əməkdaşları yaşadı... Uşaqları 3 həftə öncə nənə sığınacağa yerləşdirməsində məqsəd onların həyatı təhlükə olması idi. Qəbul etdik və aidiyyatı qurumlara məlumat verildi. Sosial Xidmətlər Agentliyi tərəfindən ananın şəraitinə baxış keçirildi və uşaqların bir müddət sığınacaqda reabilitasiya keçməsini məqsədə uyğun hesab etdi. Ata uşaqların vəziyyətini öyrəndikdən sonra ərizə ilə məhkəməyə müraciət edərək uşaqların ona verilmə iddiasını qaldırıb. Bu gün isə nənə gəlib ki, qızım mənim evimi yandırmaqla hədələyib, axşama kimi uşaqları qaytarmalıyam, verin uşaqları aparım. Əlbəttə ki, biz prosedur qaydalarını izah etdik. Bildirdik ki, iş günü olmadığından biz Sosial Xidmətlər Agentliyinin, eləcə də Sabunçu rayon İcra Hakimiyyəti yanında komissiyanın nümayəndələrini dəvət edə bilmərik. 2 gündən sonra onların iştirakı ilə uşaqların verilib-verilməməsi barədə qərar olacaq. Uşaqların nənəsi bizə fiziki müqavimətlər göstərdiyindən dərhal 102 xidmətinə müraciət etdik, sığınacaqda digər sakinlərə də təhlükənin yaranacağını bildirdik. Bu arada uşaqların anası da gəlib çıxdı və onun tərəfindən daha böyük münaqişə yaradıldı. 4 cü bölmənin əməkdaşları 1 saat söhbət aparmaqlarına baxmayaraq bu dəfə polisə hücum olundu və dövlət əmlakına xətər yetirildi, maşının şüşələri qırıldı, polis əməkdaşlarına fiziki xəsarətlər yetirildi". K. Ağazadənin sözlərinə görə, hazırda həm ana, həm də nənə 4 cü bölməyə aparılıb. /BAKU.WS/
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|