Bakıda keçirilən dini məclisdə insident - Təşkilatçı həbs edildi




      Bölmə: Xəbər Tarix: 26.01.2023 / 12:35

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb.

Hadisə Suraxanı rayonunda baş verib. Belə ki, polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.

İttihama görə, bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 1991-ci il təvəllüdlü şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk edib.

Bildirilib ki, hadisədən əvvəl tədbirlə bağlı sosial şəbəkədə elan verilib.

Saxlanılan şəxslərdən tədbirin təşkilatçısı olan 32 yaşlı şəxsə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, İslam partiyasının sədri, Hacı Mövsüm Səmədov 12 il həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.|qafqazinfo.az|






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)