Tayvanda gəmisi batan azərbaycanlı biznesmen kimdir?




      Bölmə: Xəbər Tarix: 21.07.2023 / 15:49

Bu gün səhər saatlarında Palau (Sakit Okeanda ada dövləti) bayrağı altında üzən və azərbaycanlı iş adamına məxsus vkonteyner gəmisi Tayvanın Qaosyun limanı yaxınlığında batıb.

“Angel” gəmisi ötən axşamdan batmağa başlayıb. Limanı idarə edən Tayvanın TIPC beynəlxalq korporasiyası gəmini xilas etməyə çalışsa da, bütün cəhdlər boşa çıxıb. Nəticədə gəminin arxa hissəsi tamamilə suuyu altında qalıb və konteynerlərin çoxu dənizin dibinə batıb.

Gəminin ekipaj üzvləri təxliyə edilib. Səthdə üzən və su altında qalan konteynerlər digər gəmilərin hərəkəti üçün təhlükə yaratdığı üçün Qaosyun limanı müvəqqəti olaraq bağlanıb.

TİPC Çinin Dalian limanından Tayvan sahillərinə doğru hərəkət edən 1262 konteynerli gəminin ümumi çəkisinin 16 min tondan artıq olduğunu bildirib.

Bəzi məlumatlara görə, "Angel"in göyərtəsində çat əmələ gəlib. Kapitanın gəmini tərk etmək qərarına gəldiyi və bunun üçün on doqquz ekipaj üzvünə xilasedici qayıqları işə salmağı əmr etdiyi bildirilir. Tayvan Sahil Mühafizə Xidmətinin isə ekipajın köməyinə iki qayıq göndərdiyi bildirilir.

Daha sonra batan konteyner gəmisinə kömək üçün bir neçə yedək gəmisi göndərilsə də, onlar gəminin sürətlə su altında qalmasının qarşısını ala bilməyiblə. "Angel"i xilas etmək cəhdləri fayda verməyib.

Bildirilir ki, 564 fut (təxminən 172 metr) uzunluğunda batmış konteyner gəmisinə az kükürdlü 500 ton yüngül dizel yanacağı yüklənib. Yanacağın sızmasından qorxan Tayvan səlahiyyətliləri gəminin ətrafında iki qoruyucu sədd quraşdırılmasını əmr edib.

Equasis-n məlumat bazasına əsasən, konteyner gəmisi 2023-cü ilin mayında Azərbaycanda fəaliyyət göstərən Navramar Shipping şirkəti tərəfindən satın alınıb və ona məxsusdur.

Navramar Shipping iki il əvvəl yaradılıb, o, Marşal adalarında qeydiyyatdan keçmiş, azərbaycanlı iş adamı Elşad Hacıyevə məxsus “Navramar International Trading and Shipping SA” şirkətinin törəmə şirkətidir. Navramar Shipping Avropa, Afrika və Asiya limanları arasında beynəlxalq yükdaşımaları həyata keçirir.

“Linkedin” saytında Elşad Hacıyevin 2017-2019-cu illərdə digər həmyerlimiz Mübariz Mənsimova məxsus “Palmali International SA” şirkətinin baş direktoru, 2018-2022-ci illərdə isə “Advixta” proqram təminatı şirkətinin sahibi və direktoru olduğu bildirilir.

Hacıyev 2021-ci ildən İsveçrənin Sparrow Analytics şirkətinin həmtəsisçisi və baş direktorudur.|bakupost.az|







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)