Ağamirzə: “Kərimin vəziyyətində yaxşı heç nə yoxdur”




      Bölmə: Şou Tarix: 18.07.2023 / 09:33

Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Kərimdən yeni xəbər var.

44GÜN.AZ  xəbər verir ki, lent.az-a açıqlama verən meyxanaçı Ağamirzə bir neçə gün öncə ustad sənətkara baş çəkdiyini bildirib.

"Kərimin vəziyyətində yaxşı heç nə yoxdur. Zorla bir kəlmə deyə bilir, 10 dəfə salam versən, bir dəfə dönüb baxır. Amma əl dəyən kimi qışqırır. Yəqin bədənində ağrılar çoxdur, toxunmaq olmur. Toxunan kimi inildəyir, qışqırır, narahat olur. Ağrılarını qışqırmaqla ifadə edir.

Bildiyimə görə, meyxanaçılardan Mehman Əhmədli hərdənbir baş çəkir ona,dostları yad eləsələr yaxşı olar", - meyxana ustası deyib.

Bir neçə gün öncə Lent.az -a müsahibə verən meyxanaçı Mehman Əhmədli Kərimin yanına az getməsinin səbəbindən danışanda demişdi: "Adam tanımır, tanısa hər gün gedərəm, darıxmağa qoymaram onu. Yataq xəstəsidir, yanına gedəndə evdəkilər istəyəcək ki, üstünü-başını səliqəyə salsınlar, bu da Kərimi narahat edəcək, ona görə getmirəm".

Ağamirzə isə bu fikrə cavab olaraq bildirib ki, dostları Kərimə baş çəkməzdən öncə oğluna zəng edib gəldiklərini bildirsələr, heç bir problem olmaz:

"Kərimi yad etmək bizim borcumuzdur. 2 gün sonra bir hacı dostumla yenidən ona baş çəkməyə gedəcəyik".

Qeyd edək ki, Kərim adı ilə tanınan meyxana ustadı Ağakərim Novruzov bir neçə il öncə insult keçirdikdən sonra yataq xəstəsinə çevrilib. Həkimlər onun bir daha ayağa qalxa bilməyəcəyini söyləyiblər.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)