Cavanşir Məmmədov və “kürəkəni” arasında qalmaqal bitmir: Mustafa nələri AÇIQLADI? - VİDEO




      Bölmə: Şou Tarix: 11.07.2023 / 10:11

Əməkdar artist Cavanşir Məmmədov və qızı Xatirənin sevgilisi olduğunu iddia edən Türkiyə vətəndaşı Kemal Mustafa arasındakı qalmaqal səngimək bilmir.

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” ictimai-sosial verilişinin bugünkü buraxılışında tərəflər arasında kimin haqlı və kimin haqsız olduğunu üzə çıxartmaq üçün Mustafa “Yalan dedektoru”na əyləşib.

Mustafa daha sorna aparıcının ünvanladığı sualları cavablayıb.

Həmin sualları cavabları ilə birgə təqdim edirik:

Aparıcı: “İstintaq dönəmindən əvvəl Cavanşir Məmmədova pul vermisən?”.

Mustafa: “Cavanşir məndən istintaq dövründə 10 min dollar alıb. Amma ondan əvvəl xeyr. Bundan əvvəl qızı ilə münasibətdə olduğum dönəmdə də Cavanşirə pul verməmişəm”.

Aparıcı: “Cavanşir Məmmədovdan pul almısan?”

Mustafa: “Xeyr, almamışam”.

Aparıcı: “Cavanşir Məmmədovun ailə üzvlərindən, yəni qızı və anasından pul almısan?”

Mustafa: “Bank hesabıma pul yatırdılar, aldım. Mən onlardan əlbəəl pul almamışam. Hesabıma yatırıblar pulu. Mən Cavanşirin “Nizami” metrostansiyası yaxınlığında olan evində üç il yarım qalmışam”.

Aparıcı: “Cavanşir Məmmədovun qızı Xatirənin sənə borcu var?”

Mustafa: “Xatirənin mənə borcu var”.

Aparıcı: “Xatirə Məmmədova ilə “Facebook”da tanış olmusan?”

Mustafa: “Bəli, Xatirə ilə mən “Facebook”da tanış olmuşam”.

Aparıcı: “Deyirlər ki, Mustafanın məqsədi Cavanşirin qızı ilə evlənib varlanmaq olub?”

Mustafa: “Xeyr, heç zaman! Mən onsuz da varlı idim. Atamın torpaqları var. Antepdə yaşayanlardan soruşsunlar”.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib.

O iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb.

M.İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1 000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)