Vasif Talıbovun vaxtında baş verən Bənəniyar hadisələri araşdırılır?




      Bölmə: Gündəm Tarix: 03.01.2023 / 17:21

“Bənəniyar hadisələrində zərər çəkmiş rəhmətlik Rza müəllimin (Rza Nuriyev) ailəsi Naxçıvanın yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətov tərəfindən qəbul edilmiş, bildirilmişdir ki, bu məsələ dövlət tərəfindən yüksək səviyyədə nəzarətə götürülmüşdür. Baş verən hadisələr tezliklə hüquqi qiymətini alacaq”.


44GUN.AZ
xəbər verir ki, bu sözləri əslən Culfa rayonunun Bənəniyar kəndindən olan jurnalist Elmar Hüseynov sosial şəbəkə hesabında yazıb.
“Nazir deyib ki, hadisələrdə zərər çəkmiş hər bir bənəniyarlı öz şikayətlərini ayrı-ayrılıqda məktub şəklində Naxçıvan Muxtar Respublikasının Baş Prokurorluğuna, həmçinin Daxili İşlər Nazirliyinə və Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsinə göndərə və ya müraciət edə bilər”, - E. Hüseynov iddia edib.

Daxili İşlər Nazirliyi jurnalistin iddiasına münasibət bildirməkdən imtina edib.
Xatırladaq ki, Bənəniyar hadisələri 2009-cu il  dekabrın 27-də baş vermişdi. Polis kənd sakinlərinin Aşura mərasiminə müdaxilə etmiş, iştirakçılardan bəziləri saxlanılmışdı. Kənd sakinlərindən Yunis Əliyev bütün bunlara etiraz olaraq Polis şöbəsinin qarşısında özünü yandırmışdı. Bu hadisə kənd sakinlərinin Polis şöbəsinin qarşısında etiraz aksiyası keçirməsinə səbəb olmuş və Bənəniyara daxili qoşun hissələri yeridilmişdi.
2010-cu il yanvarın 5-də sakinlərin bir neçə gün davam edən etiraz aksiyası dağıdılmış, həbslər həyata keçirilmişdi. Hadisələr nəticəsində saxlanılan Bənəniyar sakin Rza Nuriyev bir neçə gün sonra vəfat etmişdi. /yeniavaz.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)