“Biz bəlkə də dost ola bilərdik. Mənim onu “sən hələ cavansan, bir az öyrən” deyərək özümdən uzaq salmağım buna imkan vermədi”.
44Gun.az xəbər verir ki, bu sözləri reper Elşad Xose mərhum həmkarı Hüseyn Dəryaya həsr olunmuş “Retro Bakı” verilişində deyib.
Həmkarı ilə qalmaqallarından danışan reper qeyd edib ki, sənətə yeni başlayanda münasibətləri yaxşı olub.
E.Xose etiraf edib ki, H.Dərya narkotikə də ona görə başlayıb.
Rejissor Kənan MM isə mərhum reperlə aralarında yaşanan mübahisədən danışıb: “Pis vərdişi olan insanlar özlərini dost olaraq qələmə verib onun adından, hörmətindən, pulundan istifadə etmək istəyirdi və bu məni qıcıqlandırırdı. Aramızda münaqişə oldu. Hüseyn bunu illər sonra başa düşdü”.