"Mən onun üzünə vursam, münasibətimiz korlanar".
44GÜN.AZ xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu verilişdə deyib.
O, qonaqlarla söhbət edərkən tədbirlərin birində ayaqqabısını oğurlayan şəxs haqqında danışıb: "Özü də məndən çox tanınır. Bir dəfə Biləsuvarda konsertdə olanda hər şeyim hazır, çıxdım gördüm ki, ayaqqabılarım yoxdu. Hər kəsə çatdı xəbər, haray düşdü ki, Elgizin ayaqqabıları yoxdur. Sən demə, bunu da çayçı xala görürmüş. Gəldi mənə dedi ki, mənim adım olmasın, sənin ayaqqabını flankəs götürdü, apardı atdı çaya".
Aparıcı bunu edən şəxsin qısqanclıqdan etdiyini iddia edib: "Mən elə düşünürəm ki, qısqanclıqdan oldu. O, özü də məndən tanınmış idi həmin vaxtlar. Ancaq necəsə oldu tədbiri mən aparası oldum. Bu hadisədən sonra daha diqqətli oluram. Harasa gedəndə hər şeyi yanımda tuturam, çünki hər cür insanlar var. Özüm bilirəm kimdir, ancaq üzünə vurmuram. O, elə bilir ki, bilmirəm". /bakıvaxtı.az/