Xaricə kuryerlik edən şəxs avtomatla saxlanılıb – FOTO |
Bölmə: Hadisə |
Tarix: 27.06.2023 / 10:08 |
Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində xarici ölkə vətəndaşına kuryerlik edən Cəlilabad rayon sakini, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, hazırda isə sonuncu dəfə törətdiyi cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Elşən Əzimov rayonun Qarabörk kəndi ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun əlində olan torbaya keçirilən baxış zamanı bir ədəd atəşə yararlı “AK-74” markalı avtomat və bir ədəd daraq, üzərindən isə narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Əzimov sosial şəbəkələr vasitəsilə tanış olduğu “Əkbər” adlı İran vətəndaşı ilə razılığa gələrək, Ucar rayonu ərazisində qabaqcadan gizlədilən silahı 1 200 manat pul müqabilində Bakı şəhərinə çatdırmalı imiş. Əvvəlcədən deyilən ərazidən silahı götürüb təyin olunan yerə aparmaq istəyən zaman isə o, polis əməkdaşları tərəfindən yaxalanıb. RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri zamanı isə dörd nəfər – H.Rüstəmov, S.Kərimli, Ş.Xuduyev və R.Məmmədov – saxlanılıb. Həmin şəxslərdən müxtəlif çəkilərdə narkotik vasitə heroin və marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. 
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|