“Söyüdlü” qızıl yatağı kimindir? - ADLAR




      Bölmə: Sosial Tarix: 22.06.2023 / 18:51

Son günlər Gədəbəydəki qızıl yatağının istismarı ilə məşğul olan şirkətlə bağlı müxtəlif fikirlər səsləndirilib. Həmin şirkətlərin ölkədə bəzi şəxslərə aid olması bildirilib.

“Qafqazinfo”nun şirkətlə bağlı əldə etdiyi məlumata görə, “Söyüdlü” qızıl yatağı Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anqlo-Asian Mining” şirkəti tərəfindən istismar edilir.

“Anglo Asian Mining” şirkəti Azərbaycanın 8 qızıl yatağının (Gədəbəy, Qoşa, Ordubad Qrupu (Şəkərdərə, Misdağ, Ağyurt, Piyazbaşı, Diakçay), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqları) işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus  “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. 

Yatağın öyrənilməsi və istismarı əsasən 3 mərhələyə ayrılır. Sonuncu dəfə yatağın öyrənilməsi və istismarı “Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 1997-ci il tarixli Sazişin şərtlərinə uyğun olaraq aparılıb. 

“Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlu, Qızılbulaq və Vejnəli perspektivli qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” R.V. İnvestment Group Services, LLC şirkəti ilə bağlanmış Sazişdə dəyişikliklər edilib və 2022-ci il iyulun 5-də təsdiqlənib. Aparılmış dəyişikliyə əsasən 882 kvadrat km sahə kontrakt sahəsinə daxil edilib. Əlavə edilmiş kontrakt sahəsinin əsas hissəsi Gədəbəy rayonu ərazisini əhatə edir. 

Qeyd edək ki, müstəqilliyin ilk illərində bu şirkətin Azərbaycandakı qızıl yataqlarının istismarına cəlb edilməsinin iqtisadi əsaslardan daha çox, siyasi əhəmiyyəti olub. Belə addımlar ABŞ-nin münaqişənin həllində daha aktiv iştiraka sövq etmək məqsədi daşıyıb. 

Hazırda Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya Gədəbəydə baş vermiş insidentlə bağlı araşdırmalara başlayıb. Bu tədbirlər çərçivəsində “Anglo Asian Mining” şirkətinin  məsuliyyət dairəsi də müəyyən ediləcək.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)