Afaq Bəşirqızından Tünzalə Əliyevanın ölümü barədə təsirli paylaşım




      Bölmə: Mədəniyyət Tarix: 23.01.2023 / 22:18

"Çox heyf, səndən heyf... Amma bu yazılmış yazı idi, buna pozu yox idi. Sən hər dəfə deyəndə ki, mən qızıma görə möhlət istəyirəm. Mən doğrudan da bir uşaq həvəsilə, elə bilirdim ki, nə qədər çox dua edən olsa, Allah bu duaları eşidəcək. Amma təəssüf ki, sənin yazın artıq yazılmışdı. Çox heyfslənirəm"

44GÜN.AZ axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən Əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazıb. Sənətçi səhhətinə görə vida mərasiminə qatıla bilmədiyini bildirib:

"Biz səninlə bir səhnəni, bir efiri bölüşə bilmədik, amma həmişə sənin sənətinə yüksək qiymət vermişəm. Çox təbii aktrisa idin. Tərəf müqabillərinlə bölüşməyi bacarırdın, xüsusi bir məktəb keçmişdin. Sənə tapşırılan bütün obrazları dolğunlaşdırırdın, hətta ən ağır bir anlarında mən səni efirdə görəndə, Dilarə xanımla zəngləşirdim, soruşurdum ki, necədir? Deyirdi, Afaq xanım, çox pisdir. Ona işləmək olmaz, amma sənətinə bağlılıq, övladının ehtiyacları hər şeydən önəmli idi.

Bu gün sən artıq yoxsan. Allah sənin o dünyanı versin, qızım. Səhhətim imkan vermədi ki, torpağa tapşırılma anında səninlə vidalaşmaq üçün yanında olum. Sənətkarın ən böyük mükafatı alqış sədalarıdır. Sən ən əziz, ən doğma sədalarla bizdən ayrıldın. Həmişə ürəklərdə rəhmətlə yaşayacaqsan. Sənin kimi bir az möhlət istərdim ki, Zəhra üçün nə isə bir şey edə bilim. Bütün incəsənət, mədəniyyət xadimləri inanıram ki, Zəhra balamızın Tünzalənin arzularını doğruldacaq övlad olmasına dəstək olacaq".

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)