“Ərəb şeyxləri cavan qızları qoyub, qoca Röyanı neynirlər?” - Xalq artisti




      Bölmə: Şou Tarix: 21.06.2023 / 11:10

Xalq artisti Röya Ayxan ötən gün qonaq olduğu “Günaydın, Azərbaycan” proqramında verdiyi açıqlamalarla gündəmə gəlib.

Belə ki, Xalq artistinin efirdə evlilikdən danışaraq zarafatyana "ərəb şeyxi tapsam, səhnədən uzaqlaşacam" - deyə fikir deməsi müzakirəyə səbəb olub. Onun sözləri bəzi izləyicilər tərəfindən hiddətlə qarşılanıb və ifaçı gənclərin əxlaqını pozmaqda ittiham olunub.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov fikir bildirib:

"Bu, böyük rüsvayçılıqdır. Mən Allahla, dinlə yaşayan ağsaqqal bir adamam. Mən Röya xanımı şəxsən tanımıram. Onun barədə yeganə açıqlamam o vaxt Xalq artisti fəxri adını alanda olub. Həmin vaxt hansı səbəbdən gətirib onu Xalq artisti etmişdilər anlamıram, bu haqda münasibətimi bildirmişdim, demişdim ki, xalqı bu dərəcədə aşağılamaq, təhqir etmək olmaz. Hətta demişdim ki, mən etiraz əlaməti olaraq Xalq artisti adımdan imtina edirəm.

Bu birinci qeyri-adi cümlə deyil ki, biz Röya xanımın dilindən eşidirik. Səhnədə eybəcər geyimləri, açıq-saçıq hərəkətləri, dediyi məntiqsiz sözləri, xalqın dəyərlərinə aid olmayan hərəkətləri ondan çox görmüşük.

İkincisi, Röya Ayxan, siz ac-susuzsunuz ki, pullu ərəb şeyxi axtarırsınız? Xalqın o qədər qız-gəlini ortada qalıb, ərləri müharibədə şəhid olub, ya şikəst qalıblar. Onlar abırları-ismətləri ilə susub oturublar, özlərinə pullu kişi axtarmırlar. Sən xeyir ola, cah-cəlal, kef içində yaşaya-yaşaya yenə pullu kişi axtarırsan?"

O, sənətçilərin efirdən bu cür fikirlər səsləndirməsinə xalqın özünün şərait yaratdığını qeyd edib:

"Mən bu sözə dözdüyünə görə xalqı günahkar bilirəm, iradım məhz xalqadır. Dəfələrlə demişəm ki, bu "manıs"lara minlərlə manat pul verib toylarınıza çağırmayın. Onların nə səsi, nə sənəti, nə də musiqi duyumu var. Səs-küyün, aparatların hesabına milləti aldadırlar. Bu "manıs"lar millətə lazım deyil! Toylarınıza onları çağırmayın! Toy bu cür olmur, ay millət! Bu eybəcər ənənəni kim yaradıb ortaya atıb bilmirəm. Toy edəndə minlərlə manat borca düşürsünüz, onun da yarısını aparıb həmin "müğənnicik"lərə verisiniz. Onların heç bir sənəti, musiqi təhsili yoxdur, xaric oxuyurlar. Bir toya görə illərlə borc ödəyirsiniz. Sonra da deyirlər xoşbəxtlik yoxdur, bu cür antisanitariya, rüsvayçılıq, israfçılıqla baş tutan toydan xoşbəxtlik gələrmi? Toylarda Allahın verdiyi nemətlərə qarşı ədəbsiz, əxlaqsız davranılır, israfçılıq edilir, bununla ruzimizi qaçırırsınız, başa düşmürsünüz?!"

Kinorejissor Röya Ayxanı sərt tənqid edib:

"Bütün bunların nəticəsidir ki, bu gün boşanmalar 60%-ə çatır, hörmətli Röya xanım da özü üçün ərəb şeyxi axtarır. Ərəb şeyxləri gedib özləri üçün 16-17 yaşında, kukla kimi qızlar alırlar, neynirlər qoca arvadları? Röya xanımın nəyə ehtiyacı var ki, bu sözü deyir? Mən onun valideynlərinə, ağsaqqallarına səslənirəm, onun nəyə ehtiyacı var? Onsuz da Azərbaycanda ən yüksək səviyyədə dolananlardan, yağ-bal içərisində yaşayanlardan biri məhz Röya Ayxandır. Hər zaman gündəmdədir, pulu var, ağzına da nə gəldi danışır, cavab verən də yoxdur. Niyə bu xanım dinc oturub sənəti ilə məşğul olmur? Niyə bu millətin əsəbləri ilə oynayır? İstəyirsən, şeyxə get, istəyirsən İvana get, istəyirsən Petrosa get, özün bilərsən! Şəxsi, eybəcər düşüncələrini niyə efirdə gündəmə gətirib camaatın əsəbini oynadıb, milləti təhqir edirsən?! Şəxsi işindirsə, get şəxsi işinlə məşğul ol!"






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)