Bu nəqliyyat vasitələrində gedişhaqqı bahalaşacaq? - AÇIQLAMA




      Bölmə: İqtisadiyyat Tarix: 19.06.2023 / 12:06

“Avtomobil nəqliyyatı haqqında” qanuna və digər qanunlara sərnişindaşıma ilə bağlı bir sıra dəyişikliklərin edilməsi təklif edilir. Dəyişikliklər Milli Məclisin 16 iyun tarixində keçirilən növbədənkənar iclasında birinci oxunuşda təsdiq edilib.

44GÜN.AZ-ın məlumatına görə, dəyişikliklərlə həmçinin taksi avtomobillərinə və sürücülərinə dair bir sıra tələblər müəyyən edilir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icazə alması nəzərdə tutulur. Cəmiyyətdə bu dəyişikliklərin taksi xidmətinin qiymətlərinə təsir edəcəyi barədə ehtimallar mövcuddur. Hətta taksi xidmətinin qiymətlərinin dövlət tərəfindən tənzimlənəcəyi barədə düşünənlər də var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, dövlət bu tipli xidmətlərin qiymətini tənzimləmir.

“Qiymətləri tənzimlənən mallar və xidmətlərlə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı var. Həmin siyahıda taksi xidməti yoxdur. Taksi qiymətinin dövlət tərəfindən tənzimlənməsinə də ehtiyac yoxdur. Amma sərnişindaşıma ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər taksi xidmətinin maya dəyərinə təsir edəcək. Çünki dəyişikliklərdə taksi avtomobillərinə dair, sürücülərə dair ciddi tələblər var.

Misal üçün, dəyişikliyə əsasən, taksi xidməti göstərən avtomobil reysqabağı texniki yoxlamadan keçməlidir, sürücü reysqabağı tibbi müayinədən keçməlidir. Bu xidmətlərin də hamısı ödənişlidir. Bundan əlavə, taksi fəaliyyəti üçün icazə alınacaq, taksi aqreqatorları üçün icazə alınacaq. Bu icazələr də ödənişlidir. Bu dəyişikliklər qüvvəyə minəcəyi halda taksi xidmətinin maya dəyəri bahalaşacaq. Bu baxımdan taksi xidmətinin qiymətinin bahalaşacağı gözləniləndir”, - deyə Ə.Hüseynov əlavə edib.

O əlavə edib ki, bu yeniliklərin doğuracağı nəticələri cəmiyyət 2024-cü ilin əvvəllərindən hiss etməyə başlaya bilər. “Amma bu yeniliklər o zaman uğurlu olacaq ki, ictimai nəqliyyatda illərdir yığılıb qalan problemlər həll olunsun. İctimai nəqliyyatda problemlər həll olunmadan taksi sahəsində hər hansı ciddi dəyişikliklərin gözlənilən nəticələri mümkün deyil”, - deyə ekspert vurğulayıb. /trend/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)