Sənədsiz obyektlərlə bağlı YENİLİK: Prosedur sadələşdirilir - VİDEO




      Bölmə: Sosial Tarix: 17.06.2023 / 11:14

İndiyə qədər bəzi səbəblərdən icazə alınmadan tikilən obyektlərin istismarına icazə verilməsi proseduru sadələşdirilir.

44GÜN.AZ xəbər verir ki, bəzi hallar istisna olmaqla, artıq həmin obyektləri sənədləşdirmək mümkün olacaq və mülkün üzərində sahiblərinin hüquqları tam tanınacaq.

Bu məsələ ölkə başçısı tərəfindən iyunun 14-də qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanla həlini tapacaq.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyir ki, bu fərman qanunsuz tikilən, icazəsiz istismarda olan qeyri-yaşayış obyektlərinin əfvi kimi başa düşülməlidir. Bu islahat paketi indiyə qədər tikilən və sənədləşdirilə bilməyən bütün qeyri-yaşayış əmlaklarının sənədləşdirilməsi üçün ciddi imkanlar yaradır

2023-cü il iyunun 1-dək tikilən əmlakların sahibləri onları sənədləşdirmək üçün sənədləri ilə birlikdə 2025-ci il yanvarın 1-dən gec olmayaraq Nazirliyə müraciət etməlidirlər.

Regionlarda olanlar isə FHN-in Gəncə, Lənkaran, Qəbələ, Yevlax və Salyan rayonlarında yerləşən regional mərkəzlərinə müraciət edə bilərlər. Daşınmaz əmlakın kadastrı və reyestri publik hüquqi şəxsi idarə heyətinin sədrinin müavini Elşad Məmmədov bildirdi ki, fərman minlərlə qeyri-yaşayış obyektinin sənədləşməsinə səbəb olacaq.

Bələdiyyə, dövlət mülkiyyətində olan torpaqların sənədləşdirilməsi aparılacaq. Obyekt sahibləri bu torpaqları ya icarəyə götürəcək və ya birdəfəlik alacaqlar. Daşınmaz əmlakın qeydiyyatı torpağın ayrılması, tikintiyə icazənin alınması, tikintinin başa çatdırılması və istismara verilməsindən sonra başlayır. Bu prosedurlardan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün müraciət olunmalıdır

Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbəri Rəşad İsmayılov bildirib ki, bu fərman şəhərsalma ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə səbəb olacaq. Artıq qanunsuz tikilən obyektlərə kommunikasiya xətlərinin çəkilməsinə icazə verilməyəcək. Qanunsuz tikintilərə kommunikasiya xətlərinin çəkilməsi və qoşulmalar 1 iyuldan qadağan ediləcək.

Həmçinin şəhərsalma sahəsində sərtləşdirilmə tədbirləri də gücləndirilir. İcazəsiz və məlumat vermədən tikinti aparanlarla bağlı sanksiyalar nəzərdə tutulub.

O da bildirildi ki, 2024-cü ilin yanvar ayının 1-dən etibarən tikintiyə icazə prosedurları tam elektronlaşdırılacaq.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)