“O vaxt çəkildiyimiz filmlər, indi çəkilən 100 filmlərə dəyər”




      Bölmə: Mədəniyyət Tarix: 17.06.2023 / 10:17

Mənim heç kimlə qalmaqalım, işim olmayıb. Elə bilmişəm ki, onların da mənimlə işləri yoxdur. İllərdir belə düşünürdüm, amma yanılmışam. Son illər paxıllığı daha çox hiss edirəm. Sara Qədimova, Şövkət Ələkbərova, Flora Kərimova ilə qastrollara getmişəm, Zeynəb xanımla bir neçə konsertdə olmuşam. O sənətkarlardan ancaq xoş sözlər, xoş münasibət görmüşəm. Amma illərdir tanıdığım elə insan olub ki, məni arxadan vurmaq istəyib. Bu sənət aləmində dostluq azdır, ancaq paxıllıqdır”

44GÜN.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Ruhəngiz Musəvi deyib.

Müğənni Zeynəb Xanlarovanın ona olan sevgisindən də söz açıb.

“Rəhmətlik Eyvaz Həsənovla birlikdə Əlibayramlıda konsertdə idik. Konsertdən öncə gördüm ki, Zeynəb xanım onun üçün ayrılmış otaqda əyləşib. Qapısından keçəndə Zeynəb xanım məni çağırdı ki, “gəl bura”. O vaxt da filmə yeni çəkilmişdim. Məni yanında olanlara göstərib dedi ki, “bilirsiniz bu qız kimdir? Ayradrom papaq qoyan oğlan varee, o filmdə çəkilən qızdır”. Harada görürlərsə məni xoş qarşılayırlar. Hətta gözümə eynək taxsam belə tanıyırlar. Bu dəqiqə axı insanlar bir-birinə bənzəyir. Bəzən də olub ki, hansısa butikə getmişəm, eşidirəm ki, bir-birlərinə deyirlər ki, “yox odur”, o biri də deyir ki, “yox oxşayır”. Gəlib, yaxınlaşıblar ki, görsünlər həqiqətən özüməm yoxsa yox? Bəylər yaxınlaşıb, təzim edirlər, xoş sözlər deyirlər” deyə müğənni bildirib.

“ “Baladadaşın ilk məhəbbəti” filmi yenidən çəkilsə, istərdinizmi rol alasınız?” sualına müğənni belə cavab verib.

“Niyə istəmərəm ki? İllər sonra maraqlı olar. Əlbəttə ki, çəkilsə belə o film başqadır. Yadımdadır, bu filmə çox xanımları dəvət etmişdilər, amma rejissor bəyənməmişdi. Kinoprobada Telman Adıgözəlovla mən çəkildim. Şamil isə bir başqa qızla çəkilmişdi. Operatordan xahiş etdim ki, öz çəkildiyimə baxım. O da etiraz etmədi. Baxan kimi özümdən biixtiyar dedim ki, “kaş mən çəkilərdim” (gülür). Özüm-özümə sanki vuruldum. Sonra elə oldu ki, xanımlardan mən, bəylərdən isə Şamil Süleymanlı çəkildi. İndiki filmlərə çəkilməyə həvəsim yoxdur. O vaxt çəkildiyimiz filmlər, 100 indiki filmlərə dəyər. Bunu tək mən demirəm, elə sənətkarlar da deyir. O filmlər tarixdə qalıb” deyə sənətkar bildirib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)