Azərbaycanda dəhşətli qəza: Maşını arxaya verərkən azyaşlının üzərindən keçdi - VİDEO




      Bölmə: Xəbər Tarix: 09.06.2023 / 16:00

Maşını arxaya doğru hərəkət etdirən sürücü 3 yaşlı uşağın üzərindən keçib.


44gun.az oxu.az-a istinadən xəbər verir ki, hadisə iyunun 4-ü, saat 18 radələrində Abşeron rayon Qobu qəsəbəsində baş verib. Belə ki, qara rəngli “Honda” markalı avtomobilin sürücüsü maşını arxaya hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Rəhimov Aqil Murad oğlunun üzərindən keçib. Körpənin başı əzilib və hadisə yerində həyatını itirib.



Azyaşlının ailəsindən bildirilib ki, hadisəni törədən sürücü həmin ərazidə yaşayır, qonşudur. Ailə üzvləri onu da qeyd ediblər ki, polis hadisəni törədən sürücünü saxlasa da, izahatını aldıqdan sonra sərbəst buraxıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, Q.Mahmudovun idarə etdiyi “Honda” markalı 90-CZ-552 dövlət nömrə nişanlı avtomobil arxaya doğru hərəkət edərkən 3 yaşlı uşağın ölümünə səbəb olub.

Sürücü ilə bağlı hansı tədbirin görülməsinə gəlincə, R.Tağıyev bildirib ki, bu, istintaqa aid məqamdır və yol polisinin səlahiyyətində deyil. Şöbə rəisi sürücülərə və valideynlərə müraciət edib:

“Sürücülərdən bir daha xahiş edirik ki, məhəllələrarası yollarda təhlükəsizliyə tam əmin olduqdan sonra hərəkət etsinlər.

Valideynlərdən azyaşlı uşaqları nəzarətsiz buraxmamağı xahiş edirik”.





SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)