Ukrayna müharibəsində həlledici döyüş bu vaxt olacaq – Kəşfiyyatçı-analitikdən ilginc proqnoz




      Bölmə: Dünya Tarix: 22.01.2023 / 21:55

“Ukrayna və Rusiya arasında müharibədə həlledici məqam bu ilin yazı və yayın əvvəli olacaq. Bu mərhələdən sonra müharibənin bitmə vaxtı barədə danışmaq mümkün olacaq”.

44GÜN.AZ-ın məlumatına görə, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski Delfi.ee-yə müsahibəsində bildirib.

“Müharibədə yaz və yayın əvvəli həlledici olacaq. Əgər Rusiyanın o zamana planlaşdırdığı böyük hücum uğursuz olarsa, bu, Rusiyanın da, Putinin də çöküşünə gətirəcək”, – Skibitski bildirib.

Onun sözlərinə görə, rusların Belarusdan Kiyevə yeni hücumu, eləcə də Ukraynanın cənubunda aktiv döyüşlər az ehtimallıdır, çünki rusları daha çox Krım narahat edir. “Bahar və ya yazın əvvəli arxada qalanda bəlkə də müharibənin sonu haqqında danışa biləcəyik”, – deyə o qeyd edib.

Bununla belə, jurnalistin “müharibənin 2023-cü ildə başa çatma ehtimalı necədir” sualına Ukrayna kəşfiyyatının rəsmisi “hələlik çox da uzağa baxmamağı” tövsiyə edib: “Biz birinci mərhələdən – yaz və yayın əvvəlindən keçməliyik. Bu müharibənin nəyə apardığını görürük: Rusiya hərbi rəhbərliyi dəyişib, səfərbərliyin birinci mərhələsi başa çatıb, rus ordusu yenidən qruplaşmaqdadır”.

Kəşfiyyatçı-analitik həmçinin hesab edir ki, həlledici və ağır döyüşlərin aparılacağı əsas döyüş meydanı iki region – rusların tamamilə işğal etməyə çalışdığı Donetsk və Luqansk olacaq.

“Bizim qiymətləndirməmiz sadədir: Rusiya ordusunun əsas fəaliyyəti Donetsk və Luqansk istiqamətlərinə yönələcək. Onlar əsas vəzifələrini yerinə yetirə bilmədilər, bununla da qondarma “xüsusi əməliyyat”a – Donetsk və Luqansk vilayətlərinin tam işğalına başladılar. Təxminən fevral-mart aylarında bu bölgə uğrunda döyüşlər olacaq, ruslar Xarkov vilayəti istiqamətində Kupyansk, Svatovo, Kremennayaya nəzarəti ələ keçirməyə çalışacaqlar”, – ukraynalı kəşfiyyatçı vurğulayıb.

Onun qənaətincə, əsas döyüş meydanı hər halda Donbasda olacaq: “Bunu Baxmbut və Soledar uğrunda gedən döyüşlər də təsdiqləyir…”

Sözsüz ki, Ukraynanın müharibəni uğurla başa vurub öz dövlət sərhədlərinə çıxması xeyli dərəcədə kollektiv Qərbin, xüsusilə də ABŞ və Almaniyanın Kiyevə nə dərəcədə və hara kimi ona yetərli, vaxtında hərbi kömək göstərməsindən asılı olacaq. Söhbət indi həm də Ukrayna ordusunun daha uzaq mənzilli strateji silahlar və sistemlərlə, habelə müasir ağır hərbi texnika ilə təchizatından gedir. Nə barədə ki, bir müddətdir ölkənin hərbi-siyasi rəhbərliyi aparıcı Qərb dövlətlərinə çağırış eləsə də, hələ ki, kifayət qədər həcmdə tədarük edilmir… /Musavat.com/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)