Türk lirəsi yeni nazirlərin təyinatına baxmayaraq - UCUZLAŞIR




      Bölmə: İqtisadiyyat Tarix: 05.06.2023 / 09:33

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildikdə sonra da Türk Lirəsi ucuzlaşmaqda davam edir.

44Gün.az xəbər verir ki, Ərdoğanın yeni kabineti (yeni nazirlərin adlarını) açıqlaması da Türkiyənin milli valyutasına müsbət təsir göstərməyib. Bakı vaxtı ilə saat 07:50-də Dollar/Türk Lirəsi (TL) məzənnəsi 21,15 lirə təşkil edib. Bu gün Türk lirəsi Dollar qarşısında 0,8% də dəyərdən düşüb.

Qeyd edək ki, qlobal birjalarda ABŞ dolları Federal Ehtiyat Sisteminin (FED - ABŞ Mərkəzi Bankı) iyun ayında faiz dərəcələrini artırıb artırmayacağına dair qeyri-müəyyənlik fonunda son iki ayın ən yüksək səviyyəsinə yaxın əməliyyat olunur. Dolların mühüm valyutalar qarşısında bahalaşması da Türk Lirəsinin ucuzlaşmasına təsir göstərir.

Uzun illər iqtisadiyyat idarəçiliyində çalışan Mehmet Şimşəkin maliyyə naziri təyin edilməsinin Türkiyə aktivlərinə müsbət təsir edəcəyi gözlənilirdi. Lakin hələlik bu baş verməyib. Şimşək beynəlxalq səviyyədə qəbul edilən iqtisadi siyasətləri ilə tanınır.

Nazir Şimşək ilk açıqlamasında, "Türkiyənin rasional zəminə qayıtmaqdan başqa yol yoxdur. İstənilən rifahın əldə edilməsində qaydalara əsaslanan Türkiyə iqtisadiyyatı əhəmiyyətli olacaq. Makro maliyyə sabitliyinə üstünlük verəcəyik" deyib.  /marja/






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)