Brilliant: “Həyat yoldaşımı başqa qızla gördüyüm üçün özümü öldürmək istəyirdim” - VİDEO




      Bölmə: Sosial Tarix: 04.06.2023 / 00:10

"Biz evlənəndə həyat yoldaşım Ədalət Hacıyev "Mərkəzi komitə"də çalışırdı. Səhərdən axşama kimi işdə olurdu. 1988-ci ildə mən Ədalətlə evlənəndə artıq sənətdə idim. O illərdə universitetdə oxuyurdum. 1985-ci ildə "Bir daha yaşayırıq" mahnısını oxumuşdum və məni artıq hamı tanıyırdı. Elə o ildə Ədalətlə tanış olmuşduq". 

44Gun.Az bizim media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "El canlı" verilişində deyib.

Sənətçi bildirib ki, tanış olduğu və ailə qurduğu illərdə o çəkilişlərə hər zaman həyat yoldaşı ilə birlikdə gedib:

"Bütün çəkilişlərə Ədalətlə bir yerdə gedirdim. Amma səhnə arxasında qalırdı. Rejissorları, aparıcıları tanıyırdı. Ona sual verirdilər ki, "Həyat yoldaşın səhnə insanıdır. Necə olacaq sizin bu münasibətləriniz?" Ədalətdə cavab verirdi ki, "Həkim olsaydı, növbədə onunla otura bilməyəcəkdim. Yaxşı ki, sənət insanıdır. Yanında rahat gedə bilirəm". Ədalət hər zaman səhnə arxasında qalıb. O, ağır insandır".

B.Dadaşova vurğulayıb ki, universitet illərində həyat yoldaşı Ədalət Hacıyevi başqa qızla avtomobildə gördüyü üçün özünü öldürmək istəyib:

"Vaxt var idi, Ədalətə görə özümü öldürmək istəmişəm. Universitetdə oxuduğum zaman rəfiqəm Zülfiyyə Xanbabayeva dedi ki, özünü qana qəltan etmək lazım deyil, sənə dərman verəcəm onu içib ölərsən. Dörd ədəd qara dərman verdilər mənə. Düşündüm ki, həblər qara rəngdədirsə, 100 faiz məni bu dərmanlar öldürəcək. Getdi, oturdum avtomobildə fikirləşdim ki, özümü burada öldürüm. Evdə etsəm nənəm qorxar. Bu dərmanları içdim amma gördüm ki, ölmürəm.

Bir-iki saatdan sonra gedib soruşuram ki, "Bu nə dərmandır mənə vermisiniz, içdim, ölmədim?" Cavab olaraq söylədilər ki, həzm prosesi yaxşı getmək üçün üçün dərman olub. Ədaləti bir qızla görmüşdüm. Dedim ki, özümü öldürəcəm. O da mənə gülüb demişdi ki, "Dəlisən, məndən xahiş etmişdilər ki, qonşumuzun qızını aparım bir yerə". Onları birlikdə avtomobildə görmüşdüm".

Qeyd edək ki, Ədalət Hacıyev Səməd Vurğun adına Akademik Rus Dram teatrının direktorudur. Brilliant və Ədalət cütlüyünün Cahad adlı bir oğlan övladı var.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)