Keşiş kilsədə dirək rəqsi ilə şou təşkil etdi və... - FOTO/VİDEO




      Bölmə: Xəbər Tarix: 03.06.2023 / 09:28

Fransanın Lüteran Kilsəsinin keşişi Deniel Bossenbaher kilsədə dirək rəqsi ilə şoular təşkil edir. Bu səbəbdən o, anonim təhdidlər almağa başlayıb.

44GÜN.AZ xəbər verir ki, bu barədə kilsənin pastoru özü xəbər verib.

Bossenbaher bununla belə aprel ayından başlayan dirək rəqsi ilə şouya davam ediləcəyini bildirib.

Məlumata görə, Strasburqdakı Sen-Qiyom kilsəsində təşkil olunan dirək rəqsi şou-tamaşanın bir hissəsidir. İfaçı isə pilon idmanı üzrə Fransa və Avropa çempionu Vinsent Qrobelnıdır. Tamaşa zamanı sinədən çılpaq Qrobelnı klassik musiqinin müşayiəti ilə akrobatik etüdlər ifa edir.

Premyeradan dərhal sonra Bossenbaher anonim təhdidlər almağa başlayıb.

Təhdidi məktublarının birində deyilirdi ki, kilsədə rəqs və musiqi olmamalıdır. Bundan başqa məktubda baş kəsmə təhdidi ilə bağlı sətirlər də olub. Digər məktubla keşişin “açarları rəqs edən ilana verdiyi” və buna görə də “başı kəsilməli olduğu” bildirilib.

Pastor kömək üçün polisə müraciət edib və hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları kilsədə daim növbə çəkirlər.

Şou isə çox məşhur olub, ilk iki gündə 1000-ə yaxın insan kilsəni ziyarət edib. Buna görə də təhdidlərə baxmayaraq, Bossenbaher tamaşadan imtina etməyib, əksinə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı polislə razılaşıb.

Qrobelnının pilondakı növbəti çıxışı iyunun 8-i və 9-na planlaşdırılır.

Bossenbaher hesab edir ki, heç bir halda fanatiklərin hədələrinə boyun əymək olmaz. O əlavə edib ki, dirək rəqsi haqqında danışarkən insanlar çox vaxt kabare, striptiz və bu kimi başqa şeylər haqqında düşünürlər, lakin bu, belə deyil.

“Dirək rəqsi idman və sənətdir. Onlarda təxribatçı heç nə yoxdur. Bu jonqlyorluq və ya hava gimnastikası kimi sirk janrıdır. İstənilən sənət kilsəyə daxil olur: biz orada rəssamlıq nümunələri görürük, musiqi dinləyirik, oxuyuruq. Rəqs də sənətdir”, - deyə o bildirib.


Mənbə: Lenta.ru






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)