29 yaşlı oğlanın büdcəyə 2 milyon yarım borcu necə yaranıb? |
| Bölmə: Sosial |
Tarix: 01.06.2023 / 23:22 |
| Yasamal Rayon Məhkəməsində vergidən yayınmada təqsirləndirilən Şəki sakini, 1994-cü il təvəllüdlü Rəşid Məmmədovun məhkəməsi keçirilib. Orta təhsilli və 5 uşaq atası olan R.Məmmədov Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma-xüsusilə külli miqdarda) maddəsi ilə təqsirləndirilib. Məhkəmədə bildirilib ki, Rəşid “Senton" MMC, “Titan W” MMC, “Şkala- Temp” MMC, “Bulus Termini” MMC, “Yamaxa-08" MMC, "Etalon MLT 08” MMC, “Titan- V.V" MMC, “Gurur İnşaat” MMC, “Teta-2016” MMC, “Xəzər-2016” MMC və sair çoxsaylı (14 MMC) şirkətlərə rəhbərlik edib. Aparılan vergi yoxlamaları nəticəsində bu şirkətlərin dövlət büdcəsinə ümumilikdə 2 milyon 262 min 470 manat vergi borcunun formalaşması məlum olub və rəsmi sənədlərdə şirkətə rəhbərlik etdiyi məlum olan R.Məmmədova cinayət işi açılıb. Cinayət işi üzrə keçirilən məhkəmə prosesində R.Məmmədov həmin şirkətləri özünün yaratdığını deyib. Lakin o vergi borcunun məbləği ilə razılaşmayıb: “Şəki şəhərində 2008-2010-cu illərdə kafedə işləmişəm, 2012-ci ildə hərbi xidmətdə olarkən hərbi hissəni özbaşına tərk etdiyim üçün məhkum olunmuşam. 2013-2014-cü illərdə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişəm. 2016-cı ildə bir neçə müəssisə təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başladım”. R.Məmmədov bildirib ki, onun adına xeyli sayda müəssisə olduğu üçün öz adına yeni müəssisələr təsis etmək mümkün olmadığından digər müəssisələri müxtəlif vaxtlarda ayrı-ayrı adamlardan satın alıb: “MMC-lər başqaları tərəfindən təsis olunsa da, bu müəssisələrin fəaliyyətinə faktiki olaraq özüm rəhbərlik etmişəm, müəssisələr adından bütün əməliyyatları, o cümlədən, bank əməliyyatlarını özüm aparmışam. Bu müəssisələrin məndən başqa digər işçiləri olmayıb, müəssisələrin mühasibat işlərini özüm aparmışam, fəaliyyətinə rəhbərlik etdiyim ilk gündən bu müəssisələrin təsis sənədləri, möhürləri, parol və pin kodları məndə olub. Bu müəssisələrin əsas fəaliyyəti müxtəlif adda malların idxalı, alışı və satışı, müəyyən iş və xidmətlərin görülməsindən ibarət olub”. Məhkəmə R.Məmmədovu qeyd edilən maddə üzrə təqsirli bilib. Ona 2 il dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və ya məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il 6 ay həbs cəzası verilib. Həmçinin vergi qurumunun mülki iddiası təmin edilərək R.Məmmədovdan şirkətlər üzrə - 92 344,62, 28 894,67, 204 047,12, 60 303,82, 25 012,69, 321 852,95, 42 864,04, 296 989,44 , 47 022,67, 106 639,96, 401 956,13, 211 068,43, 176 400,00 və 247 081,44 manat məbləğində pul vəsaitinin (2 milyon manata yaxın) tutularaq dövlət büdcəsinə köçürülməsinə qərar verilib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|