Əhaliyə sevindirici XƏBƏR - Əməkhaqları və pensiyalar...




      Bölmə: İqtisadiyyat Tarix: 01.06.2023 / 22:52

Azərbaycanın builki dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 30 milyard 773 milyon 978 min manatdan 33 milyard 779 milyon 500 min manata, xərcləri üzrə proqnoz isə 33 milyard 353 milyon 278 min manatdan 36 milyard 568 milyon 800 minmanata qaldırılır. Bu barədə Maliyyə Nazirliyinin açıqladığı məumatda bildirilib.

Bəs dövlət büdcəsinin artırılması əməkhaqlarının və pensiyaların artımına təsir edəcək?

Bu barədə Referans.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bu artımın əməkhaqları və pensiyalara təsirsiz ötüşməsi mümkün deyil:

“Bu vəsaitin əsas hissəsi Qarabağ bölgəsinə ayırılacaq, çünki biz bilirik ki, orada tikinti, yenidənqurma işləri gedir. Elə təxminən 2 milyarda yaxın vəsait həmin yenidənqurma işlərinin getdiyi əraziyə ayırılacaq. Qalan bir milyard isə digər işlərə enerji məsələləri var, digər təşkilatlar var ki, həmin hissələrə veriləcək. Açığı, hələki əməkhaqları və pensiyaların artımı ilə bağlı olan məsələyə baxmamışam, lakin deyə bilərəm ki, dövlət büdcəsinin artırılması maaşların, pensiyaların və təqaüdlərin artımına da təsirsiz ötüşməyəcək. Bunun nə zaman artacağını deyə bilmərəm, amma bu məsələyə növbəti iclaslarda baxılacaq”.

Deputat pensiya yaşlarının azaldılması məsələsinə toxunulacağını dilə gətirib. Onun sözlərinə görə, pensiya yaşlarının azaldılması gündəmdədir: “Ümumiyyətlə, pensiya yaşının azaldılması hazırda gündəmdədir. Bunun lehinə olanlar da var, əleyhinə olanlar da. Amma biz hesab edirik ki, pensiya yaşı məsələsinə baxılmalıdır. Bu ciddi məsələdir, çünki insanlar fakitiki olaraq 65 yaşında pensiyaya çıxırsa, 12 ilə bu edir 77 yaş. Son vaxtlar fikir versək, görərik ki, xəstəliklər və ölüm halları çoxalıb. Buna görə də, pensiya yaşını azaltmağa ehtiyac var. Həqiqətən, biz diqqət yetirdiyimiz zaman görürük ki, pensiya yaşına çata bilən çox az sayda vətəndaşımız olur. Onıar da pensiyaya çıxır və ən geci bir iki ilə dünyasını dəyişir. Buna görə də, bizim də bir deputat olaraq vəzifə borcumuzdur ki, bu kimi problemli məsələlərin üstünə düşək və həll olunması yolunda əlimizdən gələni edək”.

Vəhid Əhmədov Milli Məclisin bir sonrakı iclaslarında vurğuladığı bu məsələləri qaldıracağını və onunla yanaşı digər deputatların da bu məsələyə ciddi yanaşdığını qeyd edib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)