Kinorejissor, aktyor Kənan MM (Mahmudov) böyrəyini satdığını bildirib.
44gun.az xəbər verir ki, o, öz sosial şəbəkə hesabında paylaşım edərək, mədəniyyət nazirinə müraciət edərək, film çəkmək üçün böyrəyini satdığını bildirib.
"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəyəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orada birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”, - deyə o bildirib.