Gənc oğlan sosial şəbəkədə yeniyetmə qızla tanış oldu: "Gecə sizə gələcəyəm..." - Lənkəranda ŞOK




      Bölmə: Xəbər Tarix: 28.05.2023 / 15:41

Lənkəranda 2004-cü il təvəllüdlü Zaur sevgi münasibətində olduğu yetkinlik yaşına çatmayan Gülay (adlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

44gun.az Teleqraf.com-a istinadən bildirir ki, Zaur 2022-ci ilin avqustunda sosial şəbəkə vasitəsilə tanış olub və sevgi münasibəti saxladığı Gülayla ilk dəfə 2022-ci il sentyabrin 13-də Lənkəran şəhərində özünə məxsus bi mərtəbəli yaşayış evinin yataq otağında görüşüb. Orada Gülayın könüllü razılığı əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Zaurun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası, qardaşı və bacısı ilə birlikdə Lənkəranın kəndində yaşayırlar: "Arada Lənkəran şəhərində yerləşən evimizdə də qalmışam. Gülayla 2022-ci il avqustun əvvəllərində "İnstaqram" sosial şəbəkəsində tanış olmuşam. Lənkəranın Sahil parkında avqustun 9-da saat 21.00-da görüşmüşük. Parkda Gülay anası tərəfindən evdən qovulduğunu bildirdi. Bir az söhbət etdikdən sonra ayrıldıq".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra Gülayla telefonda danışıb: "Ona Lənkəran şəhərində də evimin olduğunu dedim. Gülay yaşadığım evimə gəlmək istədi. Mən də razılıaşdım. İlk dəfə sentyabrın 12-də gecə saat təxminən 23 radələrində mənə zəng etdi və bizə gəlmək istədiyini dedi. Gülaya evdə olduğumu söylədim. Həmin vaxt evdə tək idim.

Gülay bizə gəldi. Sentyabrın 13-də təxminən saat 10 radələrində məni yuxudan oyatdı. Qucaqlaşıb öpüşməyə başladıq. Gülay mənim boynumdan öpdü. Mən də onu öpdüm. Sonra biz bir-birimizə qarşı seksual xarakterli hərəkətlər etməyə başladıq. Bu zaman Gülay mənə qız olduğunu dedi. Ona qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Gülay mənimlə razılaşdı. Bundan sonra onunla qeyri-təbii yollas cinsi əlaqədə oldum. Daha sonra Gülay evdən getdi".

Cinayət işi üzrə şahid qismində tanınan Gülayın anası Səbinənin sözlərinə görə, qızı arada Masallı rayonuna xalası evinə gedib və bir neçə gün qaldıqdan sonra evə qayıdıb: "Sentyabrın 14-də Lənkəran şəhər rayon polis şöbəsinə şikayət etdim. Şikayətimə səbəb qızımın son vaxtlar evdən qaçması və mənimlə tet-tez münaqişələr etməsi olub".

Səbinə qeyd edib ki, sentyabrın 12-də saat təxminən 18 radələrində Gülay onunla evdə münaqişə edib və evdən gedib: "Həmin gün Gülay Lənkəran şəhərinə getmək istədi. Mən də buna razılıq vermədim. Bu səbəbdən aramızda münaqişə yarandı. Gülay həmin gecə evə gəlmədi. Onun telefon nömrəsinə bir neçə dəfə zəng etsəm də, zənglərimə cavab vermədi. Gülayı axtardım, tapa bilmədim".

Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, sentyabrın 13-də saat 13 radələrində Gülay evə gəlib: "Ondan bir neçə dəfə harada olduğunu, gecəni kiminlə keçirtdiyini soruşsam da, heç bir cavab vermədi. Sentyabrın 14-də, səhər vaxtı Gülay yenidən mənimlə mübahisə etdi. O, sevgilisi olduğunu və oğlanla görüşməyə gedəcəyini bildirdi. Sonra evdən getdi. Mən də bu səbəbdən Lənkəran şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət etdim.

Müraciətimdən dərhal sonra polis əməkdaşlarının köməkliyi ilə Gülayın yeri müəyyən edildi və mənə təhvil verildi. Polis şöbəsində məlum oldu ki, Gülay Zaurla bir-birilərini sevirlər. Sentyabrın 12-dən 13-ə keçən gecə ərzində Gülay Zaurla onun Lənkəran şəhərində olan evində gecələməsi, qeyri-təbii yolla cinsi əlaqədə olduğu polis şöbəsində mənə məlum oldu".

Həm zərərçəkmiş Gülay, həm də onun anası Səbinə məhkəmədə verdiyi ifadələrində Zaurdan şikayətçi olmadıqlarını deyiblər. Gülay bildirib ki, Zaurun evində gecələyib və onunla razılıq əsasında cinsi əlaqədə olub.

Onun sözlərinə görə, ertəsi gün Zaurla sağollaşıb və dostcasına ayrılıblar.

Bu cinayət işinə Lənkəran rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Zaur 1 il müddətinə azadlıqdan məhrum edilib.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)