“Metropoliten niyə 10 ildir o yolu bağlayıb?”




      Bölmə: Xəbər Tarix: 26.05.2023 / 01:49

Təhsil eksperti Kamran Əsədov Xudu Məmmədov küçəsində yol hərəkəti təhlükəsi barədə məlumat paylaşıb.

K. Əsədov öz feysbuk hesabında həmin ərazidə hərəkət edən 51 və 57 saylı avtobusların sürücülərinin nəqliyyat vasitəsini təhlükəli sürməsi ilə bağlı fikirlər bildirib. 

“Ümumiyyətlə X. Məmmədov küçəsində hərəkət edən 51 və 57 saylı xətt avtobuslarının sürücüləri özlərini ölkəmizin uzunmüddətdir ev sahibliyi etdiyi Formula 1-in sürücüsü kimi aparırdılar. 

Sağ olsun keçmiş BNA 57 saylı avtobusu yeniləri ilə əvəz etdi. İndi 51 saylı avtobusun o küçə boyu sürməsini görəndə adam qorxur. Düzü, mən görəndə ki, 51 saylı avtobus gəlir, avtomobili sağa çəkirəm ki, gəlib keçsin. 

Digər bir məsələ isə, artıq 10 ildən artıqdır ki, Həzi Aslanov metrosunun üzərində metro stansiyasının tikintisi ilə bağlı əsas yol bağlanıb. Hadisənin və hələ neçə eyni hadisənin olmasını qaçılmaz edən yol köməkçi yoldur”. 

K. Əsədovun sözlərinə görə, X. Məmmədovdan Məhəmməd Hadi küçəsinə gedən bu köməkçi yol sərt döngəli yoldur:

“Hətta 30 sürət ilə gələndə 90 dərəcəli döngə ilə qarşılaşırsan və ictimai obyektlər görmə məsafəsini məhdudlaşdırır. Ətrafda, o dar, təhlükəli yoldan 3 orta məktəbin 5 mindən çox şagirdi hər gün istifadə edir. 

Maraqlıdır, Metropoliten niyə 10 ildir o yolu bağlayıb? 10 il ərzində bir stansiyasının tikintisi başa çatmadı? Axı orada insan ölüb. 8 yaşlı oğlan. Bu hər birimizin balasıdır, övladıdır. Aidiyyəti dövlət orqanları bu bağlı yolun açılması istiqamətində iş görməlidir”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)