Prezident Paşinyanın cavabını verdi - VİDEO




      Bölmə: Gündəm Tarix: 26.05.2023 / 01:17

"Ermənistanın Baş naziri çıxışında ittihamlar səsləndirdi. Sizin də diqqət etdiyiniz kimi, mənim çıxışımda hər hansı ittihamlar irəli sürülmədi. Lakin mən bunu cavabsız qoya bilmərəm. Mən müzakirəni bir qədər başqa istiqamətə yönəltdiyimizi başa düşürəm".

44gun.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 25-də Moskvada qonaq qismində iştirak etdiyi Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Ermənistan Baş nazirinin ittihamlarına cavab verərkən bildirib. 

“Lakin düşünürəm ki, bu, bir çoxlarına maraqlıdır. Azərbaycan heç bir dəhlizi bağlamayıb. Laçın-Xankəndi yoluna gəlincə, o açıqdır. Azərbaycanla Ermənistan sərhədində, hansı ki, sizin də tanıdığınız sərhəddə bütün beynəlxalq normalara uyğun olaraq, sərhəd-buraxılış məntəqəsi qurulub. Bu sərhəd-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir”, - Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı diqqətə çatdırıb ki, bugünkü gün həmin o sərhəd-buraxılış məntəqəsindən Azərbaycanın Qarabağda yaşayan erməni sakinləri sərbəst şəkildə, maneəsiz Ermənistana gedə bilirlər. O cümlədən BQXK xətti ilə daşınan xəstələr, Xankəndi şəhərindən yola düşən təcili tibbi yardım maşınları da həmin yoldan maneəsiz keçib gedirlər.

“Düşünürəm ki, bu tribunadan əsaslandırılmamış ittihamlar irəli sürmək üçün istifadə etmək lazım deyil. Haqqında danışdığım Zəngəzur dəhlizinə gəlincə isə, əgər mənim çıxışıma diqqətlə qulaq asdınızsa, orda deyildi ki, Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. İstənilən təşəbbüsü irəli sürmək bizim haqqımızdır, hansını ki, biz düzgün, legitim və ağlabatan hesab edirik, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına cəlb olunan tərəflər və Rusiya tərəfindən dəstəklənir”, - Azərbaycan Prezidenti fikrini yekunlaşdırıb.






SON XƏBƏRLƏR
Dünən, 17:11
Məşhur serialda xəritəmizlə bağlı səhv düzəldildi - Video
Dünən, 17:08
Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı - Fərman
Dünən, 17:05
“Yığın sahibsiz itləri, Koreyaya, Çinə satın...”
Dünən, 15:37
Bu dəfə “Fənərbaxça” Bakıya gəlir
Dünən, 15:04
“ASAN xidmət”də bu sənədlər tələb edilməyəcək - Prezident imzaladı
Dünən, 15:02
“Report”un əməkdaşı faciəvi şəkildə ÖLDÜ - FOTO
Dünən, 14:52
"Sübutlarım var, istintaqa verəcəm" - Razini döydüyü deyilən Ziya DANIŞDI / FOTO
Dünən, 10:25
DİN-dən ƏMƏLİYYAT: İrandan 50 kiloqram narkotik gətirən şəxs saxlanıldı (VİDEO)
Dünən, 10:17
FHN-dən hava ilə əlaqədar əhaliyə MÜRACİƏT
Dünən, 10:11
Ərdoğan hökumətdə bu dəyişlikləri edəcək
Dünən, 10:05
Razi Əliyeva döyüldü - VİDEO
Dünən, 09:49
Baydenin eks-müşaviri Rusiya vətəndaşlığına keçir
Dünən, 09:44
Bakının bu rayonunda SÖKÜNTÜ başlayır - Sakinlərə yeni binadan mənzillər, 450 AZN kirayə pulu veriləcək - VİDEO
Dünən, 09:21
Əhaliyə şad xəbər - Bu şəxslər 50 yaşından pensiyaya çıxa bilər... (VİDEO)
Dünən, 09:15
Gecəsi 250 manata olan İSTİRAHƏT MƏKANLARI: Bölgələrdə qiymətlər ƏL YANDIRIR – ARAŞDIRMA
Dünən, 00:54
İsmayıllıda avtomobildə 2 tona yaxın at əti aşkarlandı - FOTO
Dünən, 00:51
Ruhəngiz Allahverdiyeva: “Ailəmi yalnış fikirlər yaymaqla dağıtdılar” VİDEO
Dünən, 00:47
Bakıda gecə binalar üzərində dronlar niyə uçur?
Dünən, 00:45
Millət vəkilinin oğlu ABŞ-da şirkət açdı – FOTO
Dünən, 00:39
Kişilər və qadınlar bu yaşda pensiyaya çıxsın - TƏKLİF VERİLDİ
Dünən, 00:36
Ən sadiq 3 bürc - Onlarla dost və sevgili olmağa dəyər
Dünən, 00:33
“Mən oğlan sevməmişəm, heç danışmamışam” - Elnarə Abdullayeva / VİDEO
Dünən, 00:23
Kənan MM böyrəyini satır - SƏBƏB
Dünən, 00:20
İyun ayı DÖRD BÜRCƏ maliyyə, karyera və sevgidə böyük dəyişikliklər gətirəcək
Dünən, 00:16
Azərbaycanda istirahət üçün nə qədər pul lazımdır? - QİYMƏTLƏR