Azərbaycanda COVID-in yeni ştammı: “Adamı it kimi hürdürür”




      Bölmə: Xəbər Tarix: 20.01.2023 / 18:28

Bu gün Azərbaycanda COVID-19-un yeni ştammı olan "Orthro”ya yoluxduğunu iddia edənlər kifayət qədərdir. Halbuki ölkədə bu ştammın aşkarlanması rəsmən elan olunmayıb. Tanınmış teleaparıcı Vüsalə Əlizadə də açıqlama verərək həmin virusa yoluxduğunu iddia edib:

“İnanıram ki, bu günlərdə “xəstə xonçasından” hər evdə var. Mən tək deyiləm. Canımıza “ikibaşlı it” də saldılar. Deyir, vaxtında müalicə olunmasan, hürməyə başlayırsan”.

Bu iddia nə dərəcədə realdır? Həqiqətən, xəstəlikdən müalicə olunmasan, it kimi hürürsənmi?

44GÜN.AZ xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla virusun müəyyən ştamlarının mövcud olduğunu təsdiqləyərək, pandemiyanın hələ bitmədiyini deyib:

“Bu gün “Omicron” ştammının xeyli mutasyon variantları var. Virusun "Orthro”, “Kraken” kimi müxtəlif variantları bəzi ölkələrdə var. Pandemiya hələ də bitməyib, proses gedir. Ona görə də ölkəmizdə karantin qaydaları nə qədər yumşaldılsa da, ümumən hələ də qalır.

O ki qaldı "Orthro” ştammının xəstəni it kimi hürdürməsi məsələsinə, bu obrazlı ifadədir. Bəzən öskürəyin, tənəffüsün xarakterini nələrəsə bənzədirlər və ona müəyyən ad verirlər. Yəni “it kimi hürmə” virusun yadda qalması üçün primitiv alqoritmdir”.

A.Qeybullanın sözlərinə görə, sözügedən ştammlar öldürücü deyil:

“Ümumiyyətlə, bu ştamlar həddən artıq yoluxucu olmasına baxmayaraq, öldürücülük qabiliyyətləri əvvəlki ştamlardan xeyli aşağıdır. Bu onu göstərir ki, pandemiya sona yaxınlaşır, amma nə qədər olmasa da, hələ də mutasiya prosesi gedir. Situasiyanın problemi odur ki, Dünya Səhiyyə Təşkilatının moderatorluğu zamanında bütün ölkələri əhatə edə bilməyib, ümumi adekvat tədbirlər görülməyib. Məhz buna görə pandemiya yayıldı, bəzi ölkələrdə vaksinasiya yetərincə aparılmadı, bəzilərində problemlər qaldı. Məsələn, Afrika ölkələrində immunodefisitli xəstələrin çox olması bu virusun orqanizmdə qalaraq mutasiyanı davam etdirməsinə səbəb oldu. Görünür ki, pandemiyanın nəticələri ümumiləşdirilməli və pandemiya ilə mübarizə işindəki çatışmazlıqlar gələcəkdə mütləq müzakirə edilməli və onların aradan qaldırılması üçün yollar tapılmalıdır. Çünki dünya hər il yeni sürprizlərlə üz-üzə qala bilər”.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)