Aysunun keçmiş həyat yoldaşı boşanmasının səbəblərini AÇIQLADI - Müğənni ilə ailə qurmaq...




      Bölmə: Şou Tarix: 22.05.2023 / 10:25

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı Eşqin Cəlilov ilk dəfə boşanmasından danışıb.

44GÜN.AZ azxəbər-ə istinadla xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan "Maqazin plus"a ətraflı danışıb.

Eşqinin sözlərinə görə, onlar sevərək ailə qurmuşduq:

"Alınmışdı, çox gözəl alınmışdı. Sevərək ailə qurmuşduq. O, özü də bilirdi ki, mən ona necə dəyər vermişdim, amma o, dəyərləndirə bilmədi. Ailənin bir mükafat olduğunu o, anlaya bilmədi. Şəxsən bizim ikimizin heç bir problemi yox idi. Biz dil də tapırdıq, dolanırdıq da, sadəcə nəsə başa verirdi. Ayrılıq rolunda bir tək Aysunu görürəm. Biz bir dəfə də 2 aylıq müddətə ayrılmışdıq, mən onda imkan vermədim ki, "bu mənim ailəmdir". Mən zəif kişi deyiləm ki, balaca bir problemə ailəm dağılsın. Keçən dəfə nə üçün çalışdığımı bilirdim, indi isə bilmirəm. Biz elə bir ailə qurduq ki, işimizi də bir elədik. Biz bütün günü bir yerdə idik, mənim heç xəyanətə vaxtım belə ola bilməzdi. Xəyanətə nəinki vaxtım, heç istəyim də yox idi. Ona qarşı sevgim bitməyib, etibarım bitib. Xətrimə çox pis dəyib. Hər dəfə bir problem olanda qaçıb gedirdi. Aysun balaca kuklalar kimi, hara ötürsən ora yeriyib gedir. Aysuna təzyiq göstərəndə o, artıq nə etdiyini bilmir. Mənə nə klip, nə də tanınmaq lazım deyildi. Mən nə müğənni, nə aktyor, nə də bloger deyiləm. Hamı yazır ki "Aysuna görə tanındın", amma mənim heç bir reklama ehtiyacım yox idi. Bizə pis söz yazanlara demək istəyirəm ki, "Buna ehtiyac yoxdur. Evin içində olanları bir mən, bir də Aysun bilirik". Aysun mənim seçimim olub, həyat yoldaşım olub. Onun haqqında pis nəsə danışmaram".

Eşqin ayrıldıqları üçün Aysunun valideyni Rəqsanə İsmayılovanın onlara müdaxilə etmədiyini bildirib:

"Rəqsanə xanım bizim ailəyə qarışmayacağını dedi. Dedi ki, özünüz necə evlinmisinizsə, özünüz də qərarınızı verin. O da bir anadır. Mənim Rəqsanə xanımla heç bir düşmənliyim yoxdur".

O, Aysuna gələcək həyatında uğurlar arzulayıb:

"Aysun yaxşı qızdır, ona həyatda xoşbəxtlik və uğurlar arzulayıram, amma tam əminliklə deyirəm ki, onun başına nə gəlsə, şıltaqlığından gələcək. Özündən böyük adamları eşitməməkdən gələcək".

Eşqin Vətəni tərk edəcəyini də deyib:

"Mən Vətəni tərk edəcəm, çünki mən bura ailəmə görə gəlmişdim, o da alınmadı. Mən bu ailənin bitməsinə niyə film dedim? Düşünürəm ki, bu Aysunun qurduğu bir film idi. Mən ailə qurmuşdum, Aysun isə film çəkdi. 5 aydan bir deyirdi ki, boşanıram. Buna nə ad qoyum? Müğənni ilə ailə qurmaq hər adamın işi deyildi".

Qeyd edək ki, Aysun Cəlilova və Eşqin Cəlilov bu yaxınlarda sosial şəbəkə hesablarında ayrıldıqlarını bildiriblər.






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)