33 ilin olayı: “Qara Yanvar”, yoxsa azadlıq uğrunda mübarizə?




      Bölmə: Gündəm Tarix: 20.01.2023 / 13:24

“20 Yanvar olaylarından 33 il keçir, amma biz hələ də onu “Qara Yanvar”, “Qanlı Yanvar” və “Hüzn Günü” adlandırmaqda davam edirik. Bir tərəfdən baxdıqda belə də olmalıdır, amma tarixi proseslər zaman keçdikcə fərqli baxış tələb edir. Əks halda, belə tarixi hadisələrin üzərindən “Allah rəhmət eləsin” deyib keçməkdə davam edəcəyik”.

44GÜN.AZ xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Onun sözlərinə görə, Milli Azadlıq Hərəkatımızın və onun tarixinin bir mərhələsi olan 20 Yanvar hadisələri indiki birtərəfli münasibətdən daha dərin və geniş yanaşma tələb edir:

“Əks halda belə çıxır ki, 20 Yanvar gecəsi tanklar qarşısına əliyalın çıxan həmvətənlərimiz yalnız onların memorialını ziyarət etmək və rəhmət oxumaq üçün şəhid olublar.

Hər bir şəhadət isə istər toplum, istərsə də ayrı-ayrı fərdlər üçün təkcə simvol deyil, həm də tarixin dərsi və xalqın mübarizə irsi olmalıdır. Bunlar olmadıqda elə həqiqətən də Şəhidlər Xiyabanını ziyarət edərək rəhmət oxumaqdan başqa heç bir nəticəsi olmur.

ABŞ-da hər il yanvarın üçüncü bazar ertəsi Martin Lüter Kinq Günü kimi qeyd olunan federal bayramdır. Həmin gün həm də Vətəndaş Hüquqları Hərəkatı Günü kimi qeyd olunur. Bu isə o deməkdir ki, Martin Lüter Kinq Günü milli mənşəyindən, irqindən və dinindən asılı olmayaraq bütün amerikalıların bayramıdır. Çünki müasir ABŞ-da həmin dövrdə baş verənlər təkcə tarix və xatirə kimi deyil, həm də vətəndaş hüquqları uğrunda mübarizənin irsi, bu mübarizənin önündə getmiş Sara Parksın, Martin Lüter Kinqin və həmin mübarizədə həyatını itirənlərin tarixi-siyasi mirası kimi qəbul olunur. Başqa sözlə desək, ümummilli dəyər kimi.

Yeri gəlmişkən, Martin Lüter Kinq də daxil həmin mübarizədə həyatını itirənləri ABŞ-da “martyr”, yəni şəhid adlandırırlar. Şəhid mübarizənin simvoludursa, şəhidin mübarizəsinin özü tarixi irsdir. İstəsəniz, bunu qan yaddaşı da adlandırmaq olar. Yaddaş isə həm də xatırlamaq, yada salmaq deməkdir. Amma təəssüf ki, bizdə həmin mübarizənin və ondan sonra baş verənlərin irsə çevrilməsindən daha çox bir günlük matəm, hüzn, yasa batmaq ənənəsi birmənalı üstünlük təşkil edir. Səhərisi gün isə həyat özünün ənənəvi axarına qayıdır”.

Ərəstun Oruclunun fikrincə, irsin də bundan əsas fərqi ondadır ki, irs bir günlük olmur:

“İrs istər ayrı-ayrı insanların, istərsə də bütövlükdə toplumun həyat tərzinə, mübarizə əzminə və nəhayət, xalqın kimliyinin bir parçasına çevrilir. Bunlar isə xalqın bügünkü həyatının, gələcək perspektivinin təyin olunmasında həlledici rol oyanayan amillərdir.

Tarix boyu bütün siyasi-ideoloji mübarizələr irs uğrunda aparılıb və həm də irs üzərində qurulub, dövlətlər özündən əvvəlkilərin varisliyinə sahib olmağa çalışıb. Bunun üçün qanlı savaşlar gedib. Eynilə insanlar varislik uğrunda mübarizə apardıqları kimi. İrsə sahib olan, varisliyə çata bilən isə təkcə bugünün deyil, həm də gələcəyin sahibi olur.

Söhbət özünə məxsus olan irsə sahib çıxa bilməməkdən və ya onu tamamilə yanlış şəkildə anlamaqdan getdikdə isə gələcək qaranlıq, ən yaxşı halda da dumanlı görünür”. /teleqraf.com/







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)