Rəqsanənin əri: "20 illik ailəm piramida kimi dağıldı" - VİDEO




      Bölmə: Şou Tarix: 21.05.2023 / 09:29

Müğənni Rəqsanə İsmayılovanın "Youtube"da yayımlanan "Göz önündə" verilişinin bu dəfəki qonağı həyat yoldaşı, iş adamı Fazil Əmiraslanov olub.

44GÜN.AZ  xəbər verir ki, sənətçinin əri səmimi etirafları ilə diqqət çəkib.

İlk evliliyinin 20 il sürdüyünü söyləyən 57 yaşlı Fazil bəy bildirib ki, onların ailəsi yaxın çevrələrində hər zaman nümunə olaraq göstərilib:

"İlk evliliyim 20 il sürdü. Bu zaman çox tez gəldi keçdi. İş başımızı elə qatdı ki,... Heç bilmədim necə gəldi-getdi. Atam eşitmişdi ki, rus qızla evlənmək istəyirəm. Biz artıq bir yerdə yaşayırdıq. Sonra qızı Azərbaycana gətirdim və onu apardım atamın yaşadığı rayona. Atam qızla tanış olub, onunla söhbət etdi.

Mənə söylədi ki, dəqiq fikirləş, bu ailə həyatıdır, bu qızı da düşün. O da səni istəyir, o da kiminsə övladıdır. Yəni bu qızla gəzib, uşaq dünyaya gələndən sonra onu qoyub getmə, ortalıqda gəzmə.

Atam çox ciddi bir insan idi. Ailəmizdə atam məhz mənimlə açıq danışardı. Atam heç bir dəfə də olsun məndə nöqsan tutmayıb. Hər zaman mənə inanırdı. 20 il sürdüyüm ailə birdən-birə piramida kimi dağıldı. Aramızda dava, söz-söhbət sonralar başladı. Xoşbəxt idik, uşaqlarımızı böyüdürdük. Moskvada biz öndə olan bir ailə idik. Bizi nümunə olaraq göstərirdilər".

Rəqsanənin əri həmçinin əlavə edib ki, atası vəfat edəndə o, özü də bilmədən mikroinfarkt keçirib:

"Ailə üzvlərimi itirəndə çox üzüldüm. Atam dünyasını dəyişəndə heç özüm də bilmədən mikroinfarkt keçirdim. O, 2008-ci ildə 70 yaşında vəfat etdi. Onda mənim 44 yaşım vardı. Hər gecə ailəmi, qohum-əqrabamı düşünüb yatıram. Bu hər gün belədir".

Altı övladı olan Fazil Əmiraslanov bildirib ki, onların içində ən çox bağlandığı Rəqsanə ilə nikahlarından dünyaya gələn Mehrimah Sultan adlı qızlarıdır:

"Hər dəqiqə, hər saat və hər gün deyirəm ki, altı övladım var. İlk nikahdan mənim iki övladım var.

İkinci yəni Rəqsanə ilə nikahımdan onun öz övladlarını Aysun və Yağmuru mənim övladlarımdan ayırmadım və onları övladlığa qəbul etdim. Ondan sonra Rəqsanə ilə bizim Mehrimah Sultan və daha sonra Muhammed Əli dünyaya gəldi. Bütün övladlarımı çox istəyirəm. Amma ən çox "Mehrimaşka"nı istəyirəm. Mehrimah Sultan mənim üçün hər şeydir. Ailəmizin təməli və hər şeyi Mehrimah Sultandır".

Rəqsanənin "Yenə övlad sahibi olmaq istəyirsiniz?" sualına F.Əmiraslanovun cavabı belə olub:

"Xeyr, daha övlad istəmirəm. 57 yaşım var və yaşımdan qorxmuram. Elə olsun ki, övladımı mən böyüdüb, başa çatdıra bilim. İstəmərəm ki, uşağım kiçik yaşlarında atasız qalsın. Allah nə qədər yazı yazıbsa, o qədər yaşayacayıq".

Müğənnin "Rəqsanəni qısqanırsınız?" sualına isə əri belə reaksiya verib:

"Rəqsanəni çox qısqanıram. Həyat tərzinə görə qadınlara inanmaq olmaz. Ola bilər ki, onlar şeytana aldansınlar. Məndən çox xanımını qoruyan olmaz. Mən sevgimi heç zaman bildirmirəm".


/bizim.media/



SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)