Ərdoğan gənclərə səsləndi: “Heç kimin xəyallarınızla sizin aranıza girməsinə icazə verməyin” - FOTO |
Bölmə: Dünya |
Tarix: 17.05.2023 / 12:14 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 14-də baş tutan prezident seçkisi və qarşıdan gələn ikinci turla bağlı ölkə gənclərinə səslənib. Ərdoğan bu barədə öz “Twitter” hesabında paylaşım edib. “Əziz gənc bacı-qardaşlarım, mayın 14-də öz iradənizin gücü ilə hərəkət etdiyiniz, seçiminizi seçki qutularına sərbəst şəkildə əks etdirdiyiniz və demokratiyamıza dəstək verdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Bütün dünya gənclərinə nümunə olan davranışınızla millətimizin sizə güvənməkdə nə qədər haqlı olduğunu bir daha göstərdiniz. Sizinlə qürur duyuram. Siz bizim ümidimiz, göz bəbəyimiz, işıqlı gələcəyimizin təminatısınız. Tarixi şanlı zəfərlərlə dolu olan bu xalqı çağdaş sivilizasiyalar səviyyəsindən də yüksəklərə siz qaldıracaqsınız. Lütfən, heç kimin xəyallarınızla sizin aranıza girməsinə, sizi qorxutmasına, sizi yolunuzdan döndərməsinə, öz zəhərini sizə də yeritməsinə icazə verməyin. Yüksək eqoya sahib olan, keçmişləri uğursuzluqlar və seçki məğlubiyyətləri ilə dolu olan şəxsiyyətlərin sizi öz ucsuz-bucaqsız qaranlıqlarına sürükləməsinə əsla imkan verməyin. Problemlərimizi birlikdə həll edəcəyik, çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Kədərimizi birlikdə bölüşəcəyimiz kimi, uğurlarımıza da birlikdə sevinəcəyik. İnşallah, daha da gözəl günləri yenidən sizinlə birlikdə görəcəyik. Mayın 28-də siz kiçik bacı-qardaşlarımın güclü dəstəyinə güvənirəm”, - deyə Ərdoğan qeyd edib.
|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|