Vəzifəli şəxs arvadını şəhərin mərkəzində LÜT GƏZDİRDİ - VİDEO - FOTO




      Bölmə: Sosial Tarix: 17.05.2023 / 01:47

Yəqin ki, hər bir şəxs Ledi Qodiva haqqında bir dəfə də olsa eşidib. Cəsur qadın şəhərin küçələrində at belində çılpaq gəzmək qərarına gəlir ki, sakinlər vergidən azad edilsinlər. Bu personaj Britaniyada o qədər məşhurdur ki, bütün sakinlər onun haqqında danışılan rəvayətlərin real olmasına inanır. 


44Gun.Az 11-ci əsrin əvvəllərinə aid olan unikal bir hadisəni oxucuların diqqətinə çatdırır. Əslində həqiqətənmi xanım Qodiva ümumi rifah naminə əynindəki bütün paltarları çıxararaq şəhərdə dolaşıb? Bu sualı aşağıdakı icmalda aydınlaşdırmağa çalışacağıq. 


Əfsanədə deyilir ki, gözəl xanım Qodiva qraf Leofrikin (968-1057-ci illər) xanımı idi. Onun həyat yoldaşı Koventri şəhər sakinlərini çox ağır vergilərə məruz qoymuşdu. İnsanlara mərhəmətlə yanaşan xanım Qodiva bir neçə dəfə qrafa vergiləri azaltması üçün yalvarır. Onun təkidlərindən bezən qraf Leofrik deyir: "Əgər sən at belində şəhərin küçələrində çılpaq gəzsən, o zaman vergiləri ləğv edəcəyəm". O, əmin idi ki, bu cür şərt, ərinə sədaqətli Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri isə təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Və nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir. 


Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olur.

İlk dəfə bu hadisəni öz xronikasında 1188-ci ildə rahib Rocer Vendrover yazır - ledi Qodivanın ölümündən 100 ildən artıq vaxt keçəndən sonra. O, hətta hadisələrin dəqiq tarixini də göstərir - 10 iyul 1040-cı il.

Xanım Qodiva haqqında əfsanə o qədər məşhur idi ki, 13-cü əsrdə ingilis kralı I Eduard bu qeyri-adi hadisə haqqında bütün həqiqəti aydınlaşdırmaq qərarına gəlir. Nüfuzlu salnamələrə görə, o vaxtlar həqiqətən də Koventri şəhəri sakinlərinin vergiləri ləğv edilib. Lakin heç bir rəsmi salnamələrdə çılpaq qadına rast gəlinmir.

Qodiva və Leofrik haqda yazılarda qeyd olunur ki, 1043-ci ildə qraf Koventri şəhərində kilsə tikdirib və 24 kəndin idarəçiliyini bu kilsəyə verib. Xanımı Qodiva isə çox dindar və mərməhətli qadın idi, o, kilsəyə səxavətli ianələr edir, ölümqabağı isə bütün torpaqlarını kilsəyə bağışlamışdı. Qraf və xanımı həmin monastrda dəfn olunub.

Bəzi tədqiqatçılar isə çılpaq qadın haqda sualların cavabını bütpərəstlik dövrünün folklorunda tapır. Onlara görə, normanların Britaniyanı işğal etməsindən əvvəl Koventri ərazisində anqlar tayfası yaşayırdı. Onlar Qoda adlı ilahəyə sitayiş edirdilər. Hər il yayın ortalarında ilahəyə ehtiram yürüşləri təşkil olunurdu. Və onlara at belində olan çılpaq kahin qadın başçılıq edirdi.

Öz növbəsində katolik keşişlər bütpərəstlik etiqadının birdəfəlik kökünü kəsmək üçün folkloru kilsənin qanunlarına uyğun olaraq dəyişiblər. Ona görə də, bütpərəstlik kahininin obrazını dindar, şəfqətli, vergilərin ləğvinə nail olan xanım Qodiva ilə əvəzləyiblər.

1678-ci ildən başlayaraq indiyə qədər, Koventri sakinləri ledi Qodivanın şərəfinə xüsusi festival təşkil edirlər.







SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)