İradə İbrahimovanı görənlər tanımadı - FOTOLAR |
Bölmə: Şou |
Tarix: 16.05.2023 / 11:41 |
Uzun illər Türkiyədə yaşayan müğənni İradə İbrahimova Oxu.az saytına müsahibə verib. 44GÜN.AZ xəbər verir ki, müğənninin uzun müddətdən sonra görülməsi sosial şəbəkələrdə maraqla qarşılanıb. İstifadəçilər qeyd edir ki, İradə İbrahimova əvvəlki illərdən fərqli olaraq daha da gözəlləşib. Müğənni jurnalistin "Azərbaycan şou-biznesindən kənardasınız. Əvvəlki illərlə fərqləndirsək, hazırda Azərbaycan şou-biznesinin vəziyyəti, sizcə, nə yerdədir?" sualına belə cavab verib: "Deyirlər necə baxarsansa, elə də görərsən. Mən güllük, gülüstanlıq görmək istəyirəm. Sadəcə onları görürəm. Pis, zövqsüzlük hər zaman olub. Onlara baxmamağa çalışıram. Lakin hörmət edirəm. Onlar da gücləri yetdiyi qədər edə biləcəklərini edirlər. Hamı öz gücünə nə edirsə, etsin. Bu, heç də asan deyil. Müğənnilər həqiqətən də təkbaşına savaşırlar. Müəyyən yerlərə gəlmək üçün böyük əmək veririk. Mən nə çəkdiyimi özüm bilirəm. Görüntünün arxasında maddi, mənəvi nələr yatır. İki rəqs etmək, pozalar vermək deyil. Hamımız insanıq. Məsuliyyətimiz, duyğularımız var. Bizə əmək verənlərin əməyinin də yerdə qalmasını istəmirik. İşinin peşəkarı olan insan üçün dünyanın harası olursa-olsun hər bir şəxsin gördüyü iş çətindir. Ayaqda qalmaq üçün mübarizə aparır. Mən zənn etmirəm ki, rahat yol ilə buralara gəlib çıxmışam. Elə deyə biləcək şəxs də tanımıram. Varsa da, demək ki, həmin şəxs ailədə zəngin olub. Heç bir şey etmədən gəlib. Onu əmək qəbul etmirəm. Mübarizə olmasa, maraq olmaz. Bizim üçün o zaman dəyərli olur. Mübarizəyə görə, atdığımız addım, gördüyümüz işlər daha dəyərli olur. Keçmişi xatırlayırsan. Bəzən qürur da duyuruq. Öz-özümə deyirəm ki, “halal olsun mənə, nə işlər görmüşəm”. Düşünürəm ki, zamanına görə, bir adın altında mahnılar qoymuşam". O həmçinin qeyd edib ki, işlərini bitirdikdən sonra yenidən Türkiyədə qayıdacaq. 



|
Facebook
Вконтакте
Одноклассники
Google+
|
SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)
|