Qiyamət günü Allah qatında ən pis insanlar - ONLAR İMİŞ




      Bölmə: Sosial Tarix: 14.05.2023 / 20:36

Ailə sirləri niyə başqalarına deyilə bilməz?..

Referans.az bildirir ki, sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar. Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir. Ailə sirrinə gəlincə, bu haqdakı ayədə Uca Allah belə buyurur: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)..." (Bəqərə, 2/187). Yəni paltar insanın eyiblərini örtdüyü kimi, ər və arvad da bir-birinin eyiblərini örtməli, qüsurlarını başqalarından gizləməlidir.

Peyğəmbərimiz (s.ə.s) də ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Rəsulullahın (s.ə.s.) bu mövzudakı tətbiqatı, əmr və tövsiyələri həm ailənin qorunması, həm də ədəb və əxlaq baxımından böyük əhəmiyyət kəsb edir. Peyğəmbərimiz (s.ə.s) "Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qiymətləndiriləcək insan, xanımı ilə yaxın olduqdan sonra qadının sirlərini ifşa edən insandır" buyuraraq ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olduğuna işarə etmişdir. Bu meyarda qadınların görüşüb, tanış olduqları xanımların məhrəm qalması vacib olan xüsusiyyətlərini başqa yerlərdə danışmamaları və bu barədə qeybət etməmələri mövzusunda da xəbərdarlıq etmişdir.

Ər-arvad arasındakı münasibətlər Allahla bəndə arasındakı münasibət qədər qorunub saxlanmalı və başqaları ilə paylaşılmamalıdır. Qadın qonşuların və qohumların yanında yoldaşınını nə tərifləməli, nə də tənqid etməlidir. Yoldaşı haqqında lüzumsuz danışaraq qısqanclığa və ya qeybətə rəvac verməməlidir. Qadınlarla söhbət zamanı öz ailə sirlərini paylaşmadığı kimi, qonşusunun sirlərini də evdə və ya başqa bir yerdə danışmamalı, qonşusu ilə münasibətlərinə xələl gətirməməlidir.

Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməyinə gətirib çıxarır. Tərəflər arasındaki sevgi və hörmətə kölgə salır. Sirr saxlamağı bacarmayan şəxs insanlar tərəfindən də sevilmir. Heç kim ağzıboş adama etibar etməz və hamı ondan uzaqlaşar. Bu xoşagəlməz hala rəvac verməmək üçün ailəli şəxslər (xüsusən qadınlar) istər ailədaxili, istərsə də ailə xaricində olan məsələləri heç kimlə paylaşmamlı, gördüyü və eşitdiklərini qorumağı bacarmalıdır. Başqalarının sirrini də öz sirri kimi qoruyub saxlamalı, öz sirlərini isə yalnız həyat yoldaşı ilə paylaşmalıdırlar. Ailəni günah sayılan qeybətd və dedi-qodudan qorumaq ancaq bununla mümkündür. Bu qaydalar sağlam ailənin ən vacib şərtlərindən biridir.

Xülasə, sirr saxlamaq iradə imtahanıdır. Bu imtahanda müvəffəq olmayan heç bir imtahanda müvəffəq ola bilməz. Sirr namusdur, onu qoruyan namusunu qoruyar, açıqlayan şərəf və ləyaqətini itirər.

 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)