Gömrük Komitəsinin sabiq vəzifəli şəxsinin rüşvəti necə aldığı məlum oldu




      Bölmə: Xəbər Tarix: 12.05.2023 / 11:07

Rüşvət almaqda təqsirləndirilən Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun keçmiş əməkdaşı Cavid Məmmədovun cinayət işinin bəzi detalları məlum olub.

44GÜN.AZ  report-a istinadən xəbər verir ki, istintaq materiallarında onun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət aldığı qeyd olunub.

Aparılan istintaq zamanı müəyyən olunub ki, C.Məmmədov 2017-ci ildə Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" birliyinin Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin inspektoru vəzifəsinə təyin edilib, 2020-ci ildə isə Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun inspektoru vəzifəsinə təhkim olunub.

Belə ki, o, həmin vəzifədə işləyərkən 2022-ci il tarixdə Qusar rayonunun Şirvanovka kəndində yerləşən Azərbaycanın Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunda Rəfail Şəriflinin idarə etdiyi avtomobilinə yoxlamanı səthi həyata keçirib, gömrük nəzarət postundan yoxlama prosedurlarını sürətli icra etməklə həmin şəxsdən 40 manat məbləğində pulu rüşvət qismində alaraq onu buraxıb.

Bundan başqa, C.Məmmədov həmin vəzifədə işləyərkən, İlham Əsgərovdan 11 min 500 ABŞ dolları pul vəsaitini Şirvanlı Gömrük Postundan Rusiyaya keçirtməyə köməklik göstərdiyi üçün 600 manat pul alıb. C.Məmmədov təkrarən İ.Əsgərovun ümumilikdə 11 min 500 ABŞ dolları məbləğini ölkə kənarından keçirməsinə göz yumaraq ondan 400 manat rüşvət alıb.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. C.Məmmədova Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılır.

 






SON XƏBƏRLƏR
22-12-2024, 18:25
"Top yox, meydança yox, Messi var: 8 milyonluq futbolsuzluq!" - ŞƏRH
16-12-2024, 17:30
Messi və dostlarına pul var, "Mingəçevir"ə yox?
15-12-2024, 17:48
Ronaldinyonu Bakıya gətirən, Messi ilə dostluq edən Adnan Əhmədzadə kimdir?
14-12-2024, 18:16
Messiyə 8 milyon verib, Bakıya gətirmək kimə lazım idi? - SABİQ DEPUTAT YAZIR
14-12-2024, 17:42
Messinin səfəri: Adnan Əhmədzadənin əzələ nümayişi, ucuz şou, ya nə?
13-12-2024, 18:13
Argentina mediası bizi tənqid etdi - "Xeyriyyə səfəri", ''Geridə qalmış Messi'
13-12-2024, 18:09
Messinin naməlum missiyası
13-12-2024, 17:35
Adnan Əhmədzadə Messiyə nə qədər pul verib? – ŞOK AÇIQLAMA
12-12-2024, 17:38
Adnan Əhmədzadənin beynəlxalq rəzaləti-Messidən bigənəlik……
4-12-2024, 18:05
Messini və dostlarını Bakıya kim və niyə gətirir? - ŞOK DETALLAR
31-05-2024, 13:03
Zakir Həsənov bağ torpağının sənədini itirdi, Dövlət Xidməti yenisini vermədi: iş məhkəmədə
31-05-2024, 12:59
Azərbaycanda müharibə riski var - Deputat
27-05-2024, 13:46
Sabiq qərargah rəisi rüşvətə görə həbs edilib
27-05-2024, 13:20
İmtahan”ın ulduzu həyat yoldaşından boşandı
27-05-2024, 13:12
Vərəm xəstəsi olan məşhur narkoman Bakıda marşrut avtobusu sürür - VİDEO
27-05-2024, 13:09
Bakının səması niyə tozludur? - AÇIQLANDI
6-02-2024, 15:20
“Xalq Ali Baş Komandanını artıq seçib” - Nicat Ocaqlı
2-02-2024, 15:05
Bakı Təhsil İdarəsi Əli Həsənovun şirkətinə 391 minlik tender verdi
2-02-2024, 15:02
Coşqun Rəhimova ağır itki
1-02-2024, 22:12
Afiyəddin Cəlilovun nəvəsinin xəstəxanadan FOTOSU YAYILDI
1-02-2024, 21:02
Adnan Əhmədzadənin həyat yoldaşı Londonda masaj salonu açıb - FOTO
1-02-2024, 20:58
Az müddətə iş adamı olan SOCAR-ın keçmiş məmuru Adnan Əhmədzadənin milyonluq saatı - FOTO
1-02-2024, 20:51
Adnan Əhmədzadənin özündən 14 yaş kiçik həyat yoldaşı görün kimin qızı imiş - FOTO
28-12-2023, 00:40
Tovuzun unudulmuş kəndləri - Uçan körpü, yolsuzluq, qaz problemi...
9-11-2023, 16:02
Xankəndidəki “nənə-baba” heykəli sökülüb? (AÇIQLAMA)